. Love.az

Yuri Lisyanski - Wikipedia - Love.az

Ana Səhifə - Yuri Lisyanski

Lisyanski Yuri Fyodoroviç (rus. Ю́рий Фёдорович Лися́нский; 1773-1837) — rus səyyahı, tədqiqatçısı

Yuri Lisyanski
rus. Ю́рий Фёдорович Лися́нский
Doğum tarixi 1773
Doğum yeri
  • Nejin[d], Kazak Hetmanlığı
Vəfat tarixi 1837
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Təhsili
  • Dəniz kadet korpusu[d],
  • Sankt-Peterburq Hərbi Dənizçilik İnstitutu[d]
Fəaliyyəti tədqiqatçı-səyyah[d], hərbi qulluqçu
Mükafatları Q52557596 (Rusiya imperiyası) — 1802 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) — 1806 Knight First Class of the Order of the Sword (İsveç) — 1820
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

redaktə

Y.F.Lisyanski Havay adaları və Alyaska (Böyük torpaq) sahillərini tədqiq edən səyyah ,eləcə də hərbi qulluqçu və tədqiqatçı olmuşdur. 1805-ci ildə "Neva" gəmisi xəzlə yüklənərək Çinə istiqamət götürür. 1806-cı ildə çay, ipək parçalar, çini qablarla yüklənərək Rusiya istiqamətində üzürlər. Ümid burnunda dumanda ayrı düşmüş "Nadejda" gəmisi 1806-cı ilin avqustunda Kronştada çatarkən Sisyanskinin onu iki həftə qabaqladığını görmüşdür.

Beləliklə, rusların üç il on iki günlük dünya səyahəti başa çatmış oldu. Bu ekspedisiya müddətində dünya xəritəsnə yeni adalar əlavə olundu, 400 metrə qədər dərinlikdə suyun sıxlığı və temperaturu öyrənildi, dəniz axınları dəqiqləşdirildi, Amerikaya gedən dəniz yolu mənimsənildi. İ.F.Kruzentern "1803, 1804, 1805, 1806-cı illərdə dünya səyahəti", Y.F.Lisyanski "1803, 1804, 1805, 1806-cı illərdə "Neva" gəmisində dünya səyahəti" kitabları bu ekspedisiyanın nəticələrinin məhsulu olmuşdur.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • ЛИСЯНСКИЙ, ЮРИЙ ФЕДОРОВИЧ — krugosvet.ru
  • Лисянский, Юрий Фёдорович — Hrono.info
  • Лисянский, Юрий Фёдорович — funeral-spb.narod.ru
  • Сочинения Лисянского на сайте Lib.ru: Классика
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuri_Lisyanski&oldid=7644747"
LOVE.AZ