. Love.az

Yuri Yarvet - Wikipedia - Love.az

Ana Səhifə - Yuri Yarvet

Yuri Yevgeniyeviç Yarvet (est. Jüri Järvet) — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975).

Yuri Yarvet
est. Jüri Järvet
Doğum tarixi 18 iyun 1919(1919-06-18)[1]
Doğum yeri
  • Tallin, Estoniya
Vəfat tarixi 5 iyul 1995(1995-07-05)[1] (76 yaşında)
Vəfat yeri
  • Tallin, Haryumaa, Estoniya
Fəaliyyəti teatr aktyoru, teatr rejissoru, kino aktyoru, siyasətçi, səsləndirmə aktyoru[d], ssenarist
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1971 "Xalqlar dostluğu" ordeni — 1979 "Əməkdə fərqlənməyə görə" medalı — 1956 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
SSRİ xalq artisti — 1975 SSRİ Dövlət mükafatı — 1981
IMDb ID0433525

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər[2].

O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur.

Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.

Yuri Yarvet Savva Kulişin çəkdiyi "Ölü mövsüm" filmində ifa etdiyi professor O'Reyli rolundan sonra məşhurlaşdı. Lakin istedadlı aktyor həqiqi və ləyaqətli şöhrətə Qriqori Kozinsevin "Kral Lir" filmində oynadığı Lir rolundan sonra çatdı. Yuri Yarvetin ən yaxşı işləri sırasında "Solyaris" filmindəki doktor Snaut rolunu göstərmək olar.

Yur Yarvet 1995-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. Kral Lir (film, 1970) / Kral Lir

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Ярвет Юри. К 90-летию со дня рождения

Xarici keçidlər

redaktə
  • Yuri Yarvet — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuri_Yarvet&oldid=7236561"
LOVE.AZ