. Love.az

Yusif Eliyev Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Eliyev Milli Qehreman
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Yusif Əliyev.

Yusif Əliyev (2 dekabr 1969, Qobustan – 14 sentyabr 1991[1], Buzluq, Goranboy rayonu və ya Manaşid, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Yusif Əliyev
Yusif Əliyusif oğlu Əliyev
Doğum tarixi 2 dekabr 1969(1969-12-02)
Doğum yeri
  • Qobustan, Qaradağ rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1991(1991-09-14)[1] (21 yaşında)
Vəfat yeri
  • Buzluq, Goranboy rayonu, Azərbaycan və ya
  • Manaşid, Goranboy rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
  • Rəhimli
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 Xatirəsi
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.

Döyüşlərdə iştirakı

redaktə

Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.

Ailəli idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Xatirəsi

redaktə

Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

Yusif Əliyev haqqında "Yaddaş" studiyasında "Vətənə bağışlanan həyat" adlı sənədli film çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində filmin təqdimatı olmuşdur.[2]

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/qehremanlarimiz/Eliyev_Yusif.pdf.
  2. ↑ “Vətənə bağışlanan həyat” sənədli filminin nümayişi: [Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində Milli Qəhrəman Yusif Əliyevin xatirəsinə həsr olunmuş eyniadlı sənədli filmin təqdimatı haqqında] // Mədəniyyət.- 2015.- 2 dekabr.- S.12.

Xarici keçidlər

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 93-94.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Əliyev_(hərbçi)&oldid=8101063"
LOVE.AZ