. Love.az

Yusif Nebiyev - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Nebiyev

Yusif Mustafa oğlu Nəbiyev (27 dekabr 1926, Şıxmahmud, Naxçıvan MSSR – 1 dekabr 1980, Mingəçevir) — Azərbaycan dövlət xadimi, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980).

Yusif Nəbiyev
Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi
iyun 1979 – 1 dekabr 1980
ƏvvəlkiXalid Kərimov
SonrakıAydın Məmmədov
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
7 may 1970 – 26 yanvar 1979
ƏvvəlkiRamazan İsmayılov
Sonrakıİmran Mehdiyev
Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri
1963 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1926(1926-12-27)
Doğum yeri
  • Şıxmahmud, Naxçıvan qəzası, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 dekabr 1980(1980-12-01) (53 yaşında)
Vəfat yeri
  • Mingəçevir, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1946–1980)
Uşağı
  • Mahmud Nəbiyev

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Əmək igidliyinə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Yusif Mustafa oğlu Nəbiyev 27 dekabr 1926-cı ildə Naxçıvan MSSR-in Şıxmahmud (hazırda Babək rayonu) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə Naxçıvan şəhərində Naxçıvan Peşə Kooperasiyası İttifaqında hesabdar kimi başlamışdır.[1] Sonra baş mühasib müavini və baş mühasib vəzifələrində işləmişdir.[2] 1943-cü ildən Tbilis Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunda oxumuş, 1945-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun qiyabi şöbəsinə keçmişdir. 1946-cı ildə bu institutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Naxçıvan fəhlə-gənclər orta məktəbində müəllim işləmişdir.[1]

Yusif Nəbiyev 1947–1950-ci illərdə SSRİ Nazirlər Soveti yanında peşə və istehlak kooperasiyası işləri üzrə baş şöbənin Naxçıvan MSSR üzrə inspektor-müfəttişi olmuşdur. Sonrakı illərdə Naxçıvan MSSR Maliyyə Nazirliyində büdcə şöbəsinin rəisi, dövlət inspektorluğunun büro müdiri vəzifəsində çalışmış, 1953–1956-cı illərdə Leninqraddakı SSRİ Maliyyə Nazirliyinin Ümumittifaq Ali Maliyyə Məktəbinin dinləyicisi olmuşdur.[1] 1956–1958-ci illərdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri, 1958–1963-cü illərdə SSRİ Dövlət Bankının Naxçıvan MSSR Kontorunun müdiri vəzifəsində işləmişdir.[3][4]

Yusif Nəbiyev 1963–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışmış, 1970-ci ildən isə Naxçıvan MSSR Nazirlər Nazirlər Sovetinin sədri olmuşdur.[5] Həmin illərdə qiyabi yolla ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2] 1979-cu ilin yanvar ayında Azərbaycan SSR Nazirlər Sovetində nəqliyyat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, iyun ayında isə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi seçilmişdir.[1]

1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Yusif Nəbiyev Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 8-ci çağırış SSRİ Ali Sovetinin, 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin[1] və 7–9-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[2] Üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.[1]

Yusif Nəbiyev 1 dekabr 1980-ci ildə vəfat etmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Ј. М. Нәбијев // Коммунист. № 278 (17614). 4 декабр 1980-ҹи ил. С. 3.
  2. ↑ 1 2 3 Nəbiyev Yusif Mustafa oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 246–247.
  3. ↑ 1 2 Nəbiyev Yusif Mustafa oğlu // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 187. ISBN 5-8066-1468-9.
  4. ↑ Нәбијев Јусиф Мустафа оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 254.
  5. ↑ Nabiev, Iusif Mustafa ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 423. ISBN 0-89664-011-6.

Xarici keçidlər

redaktə
  • Нахичеванской ССР - АССР - Нахичеванской Автономной Республики // Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991). 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-05.

Həmçinin bax

redaktə
  • Naxçıvan hökumət başçılarının siyahısı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Nəbiyev&oldid=6959557"
LOVE.AZ