. Love.az

Yusif Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Rzayev

Rzayev Yusif Məmməd oğlu (12 yanvar 1968, Rəncbərlər, Ağcabədi rayonu) — əməkdar jurnalist, "525-ci qəzet"in baş redaktorunun müavini.

Yusif Rzayev
Yusif Məmməd oğlu Rzayev
Doğum tarixi 12 yanvar 1968 (57 yaş)
Doğum yeri Rəncbərlər, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili BDU Jurnalistika fakültəsi
Fəaliyyət illəri 1990-indiyə qədər
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20152015 [1]
“Ali Media Mükafatı”

Həyatı

redaktə

1968-ci il yanvar ayının 12-də Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olub. 1975-ci ildə Rəncbərlər kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1985-ci ildə S.Bayramov adına Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1987-1989-cu illərdə Moskva vilayətində hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Jurnalist kimi əmək fəaliyytəinə 1990-cı ilin avqust ayıdan "Ədalət" qəzetində müxbir kimi başlayıb. Sonralar "Müxalifət" qəzetində müxbir, şöbə müdiri, "Respublika" qəzetində baş redaktor vəzifələrində işləyib. 1992-ci ilin noyabrında təsis edilən və nəşrə başlayan "525-ci qəzet"in ilk redaktoru olub.

Hazırda "525-ci qəzet"in" baş redaktorunun müavinidir. Bu illər ərzində Azərbaycanın müxtəlif mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edib. Azərbaycan Mətbuat Şurasının "Ali Media Mükafatına" layıq görülüb.

2015-ci ildə Azərbaycan Prezidentinin sərancamı ilə "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Rzayev&oldid=7307987"
LOVE.AZ