. Love.az

Yusif Salahov - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Salahov

Salahov Yusif Məşədi Hüseyn oğlu — ADR hökumətinin 1918-ci ildə xaricə ali təhsil almağa göndərdiyi 99 gəncdən biri, pedaqoq, həkim.

Yusif Salahov
Yusif Məşədi Hüseyn oğlu Salahov
Doğum tarixi 6 sentyabr 1897
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi 1973
Vəfat yeri İstanbul, Türkiyə
Fəaliyyəti pedaqoq

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Yusif Salahov 6 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin birinci oğlu idi. Şəhər real məktəbini bitirmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra hökumət öz milli kadrlarını formalaşdırmaq məqsədilə 99 gənci xaricə ali təhsil almağa göndərmək qərarı verdi. Onlardan biri də Yusif Salahov oldu. O, Almaniyanın Münhen şəhərində tibb fakültəsində təhsil aldı və 1928-ci ildə, Azərbaycanda sovet hakimiyyətinin irticasına baxmayaraq vətənə qayıtdı.

XX əsrin 30-cu illərində Sovet hakimiyyəti tərəfindən, Stalinin və Beriyanın rəhbərliyi altında ziyalılara qarşı repressiyalar həyata keçirildi. Bu dövrdə "xalq düşmənlərinin" axtarışı Cümhuriyyət dövründə xaricdə təhsil almış gənclərin əksəriyyətinin məhvinə səbəb oldu. Yusif Salahov o dövrdəki repressiyalarda təsadüf nəticəsində sağ qala bilmişdir.

Ailəsi

redaktə

Yusif 1931-ci ildə Məryəm xanım Mahmud bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Onun bu nigahdan Cəmil, Yavuz və Altay adlı üç oğlu dünyaya gəlib. Hal-hazırda Məryəm xanım Mahmud bəy qızı Hacıyeva və onun üç övladları Cəmil, Yavuz və Altay dünyalarını dəyişiblər.

Oğlu Altay 15 Aprel 2019-cu il tarixində vəfat edib.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Qarabağda maarif. Bakı: Zərdabi LTD, 2013, 288 səh.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Yusif Salahlı - Üzeyir bəyin xalası oğlu-ARAŞDIRMA[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Salahov&oldid=8000200"
LOVE.AZ