. Love.az

Yusif Aga Dadasov - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Aga Dadasov
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Yusif ağa Hacı ağa oğlu Dadaşov (18 mart 1870, Bakı – 26 mart 1918, Bakı) — Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi[1].

Yusif ağa Dadaşov
Yusif ağa Hacı ağa oğlu Dadaşov
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1870(1870-03-18)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 mart 1918(1918-03-26) (48 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası
Vəfat səbəbi kütləvi atışma[d]
Fəaliyyəti iş adamı, sahibkar, xeyriyyəçi

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Xeyriyyəçilik fəaliyyəti
  • 3 Öldürülməsi
  • 4 Ailəsi
  • 5 Mükafatları
  • 6 İstinadlar

Həyatı və təhsili

redaktə

1870-ci ildə İçərişəhərdə doğulub. O, Bakıda üç məşhur sülalədən (Bakıxanovlar, Aşurbəyovlar və Dadaşovlar) birinin təmsilçisi olan milyonçu Hacı Hacağanın oğlu idi. Stokholm Universitetini əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənmişdi. Poliqlot idi. Dadaşovların Xəzər dənizində çoxlu gəmiləri var idi — "İosif Dadaşov", "Kapitan", "Kette" və s. Ağa Yusif 20 yaşından gəmiçiliklə məşğul olub, kontorda idarəçilik işləri görüb. Bir neçə gəmiçilik idarəsinin sahibi, daha sonra bankir olub. Rusiya, İran, Buxara xanlığı və digər dövlətlərlə diplomatik əlaqələrin yaranmasında xidmətlərinə görə bu ölkələrin başçıları tərəfindən orden və medallara layiq görülüb. Dumanın üzvü olub, II Nikolayın həqiqi mülki müşaviri vəzifəsini tutub və çoxlu orden və medallarla təltif edilib. Romanovların 300 illiyi münasibətilə keçirilən mərasimə Bakı quberniyasından yalnız Ağa Yusif çağırılıb.[1]

Xeyriyyəçilik fəaliyyəti

redaktə

Onun gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qız məktəbi"nə) sərf edilirdi. Bakı quberniyasının müsəlmanları arasında maarifin yayılmasına çalışan "Nəşri-Maarif" cəmiyyətinin ömürlük fəxri üzvü olub. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edən Dadaşov Maksim Qorkinin, D.İ.Mendeleyevin, neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini maliyyələşdirmişdi. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdı. Səməd Vurğun küçəsindəki Diaspor Komitəsinin binası, 28 May küçəsindəki 23 saylı məktəbin binası, "Metropol" oteli də (Nizami muzeyinin binası) Dadaşovların mülkü olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın olduğundan Müsavat Partiyasının ilk qurultayı da bu binada keçirilib.[1]

Öldürülməsi

redaktə

Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci il martında vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O, bu işə bütün ətrafını səfərbər edir. Rus qoşunları Bakını əhatə etdiyindən şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış.

Onu məhv etmək üçün çox pusqular qururlar. Hətta bir dəfə güllə onun düz ürəyinə tuşlanır, amma döşündə gəzdirdiyi Quran onu qoruyur.

1918-ci ilin 26 martında növbəti dəfə Ağa Yusif Zirə kəndinə silah ardıyca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedir, silahları qəbul edir, silahları arabalara yüklətdirib geri qayıdarkən S.Lalayanın quldur dəstəsi ilə qarşılaşır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edir. Dadaşov isə öz növbəsində deyir ki:

  Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz  

Bu cavabdan sonra hiddətlənən daşnaklar onu işgəncə ilə doğrayaraq öldürmüşlər. Öldürülərkən hərbi geyimdə olur üzərində olan üstü brilyant, almaz və yaqutla süslənmiş saysız-hesabsız orden-medallar da beləcə yoxa çıxır. Qəbrinin yeri hələ də bilinmir. Nəslin yaşlıları onun cəsədinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edirlər.[1]

Ailəsi

redaktə

Burada gəmiçiliyin təməlini ucaldan Hacı Hacıağa məşhur gəmi sahibkarı və I Nikolayın həqiqi müşaviri olub. Ağadadaş və Ağazeynal adlı iki oğlu, Zivər və Bikə adlı iki qızı olub.[1]

Mükafatları

redaktə

Ölkə xaricindəki fəaliyyətinə və xeyriyyə işlərinə görə Rusiyanın "Müqəddəs Anna", "Müqəddəs Stanislav", 2 dəfə İranın "Şiri-Xurşid", Buxara əmirliyinin "Buxarayi-şərif" ordenləri və bir çox medallarla təltif edilmiş, Dadaşov Rusiyanın "fəxri vətəndaşı" titulunu almışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 319. ISBN 9952-417-14-2.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_ağa_Dadaşov&oldid=8115843"
LOVE.AZ