. Love.az

Yusif Bey Ibrahimli - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Bey Ibrahimli

Yusif bəy İbrahimli (1883, Keşlə, Bakı qəzası – may 1920, Sığnaq qəzası) ― azərbaycanlı siyasətçi, Müsavat Partiyasının Mərkəzi Komitəsinin katibi.

Yusif bəy İbrahimli
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
  • Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi may 1920
Vəfat yeri
  • Sığnaq qəzası, Rusiya imperiyası
Vəfat səbəbi öldürülüb
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Xatirəsi
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Yusif Ağaqulu oğlu İbrahimli 1883-cü ildə Bakının Keşlə kəndində anadan olub.[1][2] Mollaxanada və mədrəsədə təhsil alaraq burada türk, ərəb, fars və rus dillərini öyrənib. 1900-cü ildə Bakıda açılmış Politexnik Sənaye məktəbini bitirib.[2] Əvvəlcə Mantaşovun daha sonra isə Şibayevin neft emalı zavodlarında fəaliyyət göstərib.[2] Tezliklə burada mühəndis operator vəzifəsinə yüksəlib[3].

1911-ci ildə Bakıda gizli şəkildə qurulmuş Müsavat partiyasının ilk üzvlərindən olub.[4] 1913-cü ildə Məmməd Əmin Rəsulzadə Bakıya geri qayıtdıqdan sonra Müsavat partiyasının mərkəzi komitəsinin sədri seçilir[5]. Yusif bəy İbrahimli isə Müsavat Partiyası mərkəzi komitəsinin katibi olur[6].

1917-ci il oktyabrın 26–31-ə qədər Bakıda, "İsmailiyyə" binasında keçirilmiş Müsavat partiyasının ilk qurultayında və 1919-cu il dekabrın 2-dən 12-dək davam edən Müsavat partiyasının II qurultayında iştirak edib[3].

Aprel işğalından sonra 1920-ci il may ayında Nəsib bəy Yusifbəyli ilə birlikdə Gürcüstana getmək üçün Bakıdan yola çıxıblar[7]. Yevlaxda ayrılaraq hərəsi fərqli istiqamətlərdə Gürcüstana doğru yol alıblar. Yusif bəy İbrahimli Sığnaq qəzasında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.[8] Ehtimallara görə o da Nəsib bəy Yusifbəyli kimi bolşeviklər tərəfindən öldürülüb[9].

Ailəsi

redaktə

Yusif bəy İbrahimlinin dörd qardaşı, bir bacısı olub[3]. Kiçik qardaşı Bəhram 1918-ci ildə Mart soyqırımında ermənilər tərəfindən öldürülüb.[10] 1937-ci ildə qardaşı Sabit İbrahimli, əmiləri və əmisi uşaqları sürgün olunublar[3].

1912-ci ildə Ziba Əmrah qızı ilə ailə qurub. Bu evlilikdən iki qızı bir oğlu olub. Həyat yoldaşı Ziba Əmrah qızı 1960-cı ildə dünyasını dəyişib[3][11]

Xatirəsi

redaktə

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakıdakı Çiçerin küçəsinin adı dəyişdirilərək Yusif bəy İbrahimli küçəsi adlandırılıb və burada onun barelyefi quraşdırılıb[12][13].

İstinadlar

redaktə
  1. ↑ Məmməd Əmin Rəsulzadə. "İbrahimli Yusuf". Odlu Yurd. İstanbul. 1929-04-27. 112.
  2. ↑ 1 2 3 Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 154. ISBN 978-9952-5579-1-6.
  3. ↑ 1 2 3 4 5 Hafiz Sadıqov. "Yusif bəy İbrahimli kimdir?". Novruz. Bakı. 12 March 1991. 7.
  4. ↑ Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 155. ISBN 978-9952-5579-1-6.
  5. ↑ Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu. 2013. səh. 23. ISBN 978-9952-8202-2-5. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  6. ↑ Müşfiqə. "Küçəniz kimin adınadır?" (az.). yeniazerbaycan.com. 2021-09-21. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  7. ↑ Sevda İsmayıllı. "'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]" (az.). Azadlıq Radiosu. 2013-01-23. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  8. ↑ Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 151. ISBN 978-9952-5579-1-6.
  9. ↑ Qoşqar Salmanlı. ""Mənim balaca xalqımın böyük ürəyi var, bu xalq kiməsə qul olmağa razılaşmaz"" (az.). alp.az. 2021-08-04. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  10. ↑ Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 156. ISBN 978-9952-5579-1-6.
  11. ↑ Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 157. ISBN 978-9952-5579-1-6.
  12. ↑ Qara Məşədiyev. Bakı küçələri: adlar və talelər. Bakı: Elm . 2013. səh. 39.
  13. ↑ "Старые наименования улиц и площадей Баку". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.

Xarici keçidlər

redaktə
  • Tanış olun — Yusif bəy İbrahimli
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_bəy_İbrahimli&oldid=8108930"
LOVE.AZ