Zəhəbi və ya Əbu Abdullah Şəmsəddin Məhəmməd ibn Əhməd ibn Osman əz-Zəhəbi ət-Türkmani əl-Faruqi əd-Dəməşqi (ərəb. شمس الدين الذهبي; 5 oktyabr 1274[1] – 4 fevral 1348, Dəməşq, Məmlük dövləti[2]) — XIII-XIV əsrlərdə yaşamış müsəlman hədisşünas, tarixçi və bioqraf.
Zəhəbi | |
---|---|
ərəb. مُحمَّد بن أحمد بن عُثمان بن قايماز الذهبي | |
![]() | |
Doğum tarixi | 5 oktyabr 1274[1] |
Vəfat tarixi | 4 fevral 1348(1348-02-04) (73 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | islam etiqad məzhəbləri[d], tarix |
Tanınmış yetirmələri | İmam Zeylai |
![]() |
Şamda doğulmuş və hicri 748-ci ildə vəfat etmişdir. O, Şafii fiqhinin davamçısı olmuş və kəlamda hədis alimlərinə meyl etmişdir. Onun "Siyəri-Aləmun-Nubəla" kitabı rical elmi haqqındadır. O, rical elmində çox sərt olmuşdur.