. Love.az

Zencirli Bina - Wikipedia - Love.az

Ana Səhifə - Zencirli Bina

Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə.

Arxeologiya və Etnoqrafiya Muzeyi
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi
Xəritə
40°22′03″ şm. e. 49°50′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Bakı
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XX əsrin əvvəlləri
Üslubu Klassisizm
Vəziyyəti muzey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Yerli əhəmiyyətli abidə
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır.

Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir.

Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.

Yerli əhəmiyyətli abidə

redaktə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısında inventar nömrəsi 93-4, ünvan Qüllə küçəsi, 19.

Hal-hazırda binada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərir[1].

Həmçinin bax

redaktə
  • İsa bəy Hacınskinin evi

İstinadlar

redaktə
  1. ↑ "Arxeologiya və Etnoqrafiya İnstitutu". 2018-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəncirli_ev&oldid=8074068"
LOVE.AZ