Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; 1950, Mərzili, Ağdam rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor.[1]
Zabil Bayramov | |
---|---|
Bayramlı Zabil Həsrət oğlu | |
Doğum tarixi | 1950 |
Doğum yeri | Azərbaycan SSRİ,Ağdam,Mərzili |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | Tarix üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur.
1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir.
1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir.
Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur. Elmi fəaliyyətində Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sisteminə diqqət yetirmişdir. Əsas diqqət ilkin mənbələrin, xüsusilə farsdilli qaynaqların təhlili əsasında Azərbaycan Səfəvi dövlətinin quruluşunda və idarəçilik sistemində dini təsisatların yeri və rolunun müəyyənləşdirilməsinə yönəlmişdir. Araşdırma nəticəsində sübut olunmuşdur ki, nəinki XVI, XVII əsrdə, I Şah Səfinin hakimiyyəti dövründə (1629–1642) də Səfəvilərin dini idarəçilik sistemində türk köklü şəxslər və xüsusilə seyid nəslinin nümayəndələri aparıcı rol oynamışdır. Araşdırmada XVII yüzilin 20–40-cı illərində İrəvan və Bağdad uğrunda Səfəvilərlə Osmanlılar arasında gedən hərbi-siyasi mübarizə ilə bağlı məsələlər də təhlil olunmuşdur. Tədqiqat zamanı əldə edilən elmi nəticələr xarici və respublika əhəmiyyətli jurnallarda çap edilmiş elmi məqalələrdə öz əksini tapmışdır. İki monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir. 1996-cı ildə nəşr olunmuş "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindəndir.
https://independent.academia.edu/ZabilBayraml%C4%B1