Bu məqalənin Vikikitaba köçürülməsinin lazım olduğu düşünülür. Əgər məqaləni redaktə edərək ensiklopediya məqaləsi halına gətirə bilirsinizsə və ya məqaləni Vikikitaba köçürürsünüzsə, işinizi yekunlaşdırdıqdan sonra {{Vikikitaba köçür}} şablonunu silməyi unutmayın. |
Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru[1], coğrafiya elmləri doktoru, dosent, professor.
Zakir Eminov | |
---|---|
Eminov Zakir Namin oğlu | |
![]() | |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri | Yuxarı Qaramanlı, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | iqtisadi coğrafiya |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | AR Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. İnsan coğrafiyası şöbəsinin müdiri |
Elmi dərəcəsi | |
Mükafatları |
Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır.
1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib.
1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub.
BDU-da "Azərbaycanın əhalisi", "Azərbaycanda əhalinin VMS-nin problemləri" və "Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası" kursları üzrə mühazirə və seminar məşğələləri;
ADPU-da "İstehsalın texniki-iqtisadi əsasları" və "Əhali coğrafiyası" fənləri üzrə mühazirələr;
Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru müdafiə edib;
Əhalinin demoqrafik vəziyyətinin nizamlanması, regionların inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir.
Z. N. Eminovun 11 monoqrafiyası çap olunub.
"Azərbaycan Respublikası Milli Atlasının" hazırlanmasında yaxından və İqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtib edilməsində iştirak edib,
17-yə qədər xəritənin müəllifidir.
2015-ci ildə AMEA Coğrafiya İnstitutunda "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik fundamental kitabın ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərin əsas müəlliflərindən biridir. 2016-cı ildə həmin kitablara görə Z. N. Eminov elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı (26 may 2016-cı il) layiq görülüb.[101]