. Love.az

Zamiq Eliyev Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Zamiq Eliyev Futbolcu

Zamiq Əliyev (5 may 2001) — Azərbaycanlı futbolçu. Eqnatiya futbol klubunda və Azərbaycan milli komandasında mərkəz müdafiəçisi kimi çıxış edir.[1]

Zamiq
Ümumi məlumatlar
Tam adı Zamiq Əliyev
Doğum tarixi 5 may 2001 (24 yaş)
Doğum yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Boyu 191 sm
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Araz
Karyerası
Gənclik karyerası
Qarabağ
Klub karyerası[* 1]
2020—22 Qarabağ 1 (0)
2022 →Kəpəz(icarə) 18 (0)
2023 Araz 18 (0)
2024— Eqnatiya 18 (0)
Milli yığma[* 2]
2017 Azərbaycan U-17 1 (0)
2018—19 Azərbaycan U-19 3 (0)
2021—22 Azərbaycan U-21 5 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Klub
    • 1.2 Milli komanda
  • 2 İstinadlar

Karyerası

redaktə

Klub

redaktə

Zamiq Əliyev futbola Qarabağ klubunun uşaq məktəbində başlayıb. "Qarabağ"ın yetirməsi olan futbolçu 2020-ci ildə klubun əsas heyətinə dəvət edilir. Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2020/21 mövsümündə dəfələrlə adı "Qarabağ"ın iştirak ərizəsinə salınsada meydana çıxmır. 2021/22 mövsümünün UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod" klubu ilə oyunlar üçün iştirak ərizəsinə adı daxil edilir.[2] Daha sonra "Konfrans Liqası"nın qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın ehtiyat 5 nəfərlik heyətinə futbolçunun da adı daxil edilir.[3]

Onun "Qarabağ" klubunun heyətində debütü, 2022-ci il mayın 15-də Azərbaycan Premyer Liqasında "Qarabağ"ın Səbail klubu ilə oyununda baş tutur.[4]

2 iyul 2022-ci ildə futbolçu Kəpəz klubuna icarəyə verilir. Onun "Kəpəz" klubunda debütü 5 avqust 2022-ci ildə, Azərbaycan Premyer Liqasında baş tutmuş "Kəpəz" — Zirə oyununda baş tutur.[5]

24 iyul 2023-cü ildə azad agent kimi "Araz-Naxçıvan" klubu ilə müqavilə imzalayır. Zamiq Əliyevin "Araz-Naxçıvan" klubunda debütü 4 avqust 2023-cü ildə, "Azərbaycan Premyer Liqası"nda baş tutmuş "Araz-Naxçıvan" — Turan Tovuz oyununda baş tutur.[6]

10 iyun 2024-cü ildə Albaniyanın Eqnatiya klubuna keçir.[7]

Milli komanda

redaktə

Zamiq Əliyev milli komandalara ilk dəfə 2017-ci ilin aprelində dəvət edilib. Onun milli komandalara ilk dəvəti, 2017-ci il aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil edilmiş UEFA İnkişaf turnirində iştirak edən "Azərbaycan U17 milli komandası"na olub.[8]

19 noyabr 2024-cü ildə, Azərbaycan milli komandasının İsveç milli komandası ilə baş tutmuş oyunda meydana çıxaraq, Azərbaycan milli komandasında debüt edir.

İstinadlar

redaktə
  1. ↑ Soccerway.com saytında profili (ing.)
  2. ↑ ""Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərdi". qol.az. 18 iyul 2021. 16 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
  3. ↑ "Toral Bayramov niyə UEFA-nın B siyahısına düşdü?". qol.az. 3 sentyabr 2021. 16 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
  4. ↑ "SƏBAIL VS. QARABAG 0 - 3" (ingilis). Soccerway. 15 may 2022. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
  5. ↑ "KAPAZ VS. ZIRA 1 - 2" (ingilis). 5 avqust 2022. 18 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
  6. ↑ "ARAZ NAXÇIVAN VS. TURAN 0 - 3" (ingilis). 4 avqust 2023. 14 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
  7. ↑ "Azərbaycanlı futbolçu Albaniya klubunda - Rəsmi". 10 iyun 2024. İstifadə tarixi: 3 aprel 2024.
  8. ↑ "Millimiz Qazaxıstanla qarşılaşacaq". qol.az. 24 aprel 2017. 16 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zamiq_Əliyev_(futbolçu)&oldid=8089424"
LOVE.AZ