Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat.[26][27] Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir.[28] İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır.[15][29]
Zeytun budağı əməliyyatı | |||
---|---|---|---|
Suriyada vətəndaş müharibəsi | |||
![]() | |||
Tarix | 19 yanvar 2018 – 24 mart 2018 | ||
Yeri | Əfrin, Hələb mühafəzəsi | ||
Səbəbi | YPG tərəfindən Əfrin və ətraf ərazilərdə kütləviliyin artırılması | ||
Nəticəsi |
Türkiyənin qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
![]() |
Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi.[30] Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı. Bundan əlavə, Əfrin və Kobani bölgələri arasındakı ərazidə bufer zonası yaradıldı ki, bu da PYD/YPG-nin Suriyanın şimalında Türkiyə sərhədi boyunca uzanan dəhliz yaratmaq istəyinə mane oldu.
Türkiyə hökuməti PKK-nın Suriya qanadı olaraq gördüyü və "terror təşkilatı" olaraq adlandırdığı PYD və YPG-yə qarşı əməliyyat hazırlıqlarını 2017-ci ilin əvvəlindən etibarən başlatmışdı. Bununla birlikdə, başda Prezident Rəcəb Tayyib Ərdoğan daxil olmaqla yüksək çinli dövlət məmurları öz çıxışlarında tez-tez Şimali Suriyada əməliyyatın başlama ehtimalı haqqında danışırdılar.[31] Kanton ərazisinə qoşun yeridilməsi yalnız iki əsas səbəbdən Ankaranın prioritet məqsəd kimi görülürdü. Birincisi, YPG-yə hərbi-texniki dəstək imkanı aradan qaldırılır, ikincisi "Azad Suriya Ordusu"nun nəzarətində olan əraziləri artırmaqla onların Azazda olan mötədil müxalifətlə birləşdirilməsi mümkün olurdu. Bu məqsədlərin həyata keçirilməsində Türkiyə üçün tək maneə Afrin idi.[32]
Əməliyyata başlamazdan bir müddət əvvəl Rusiyanın Əfrinin hökumət qüvvələrinə təslim edilməsi və bölgənin ortaq qorunması mövzusunda YPG rəhbərliyi ilə görüşdüyü, lakin bu təklifin YPG tərəfindən qəbul edilmədiyi iddia edildi.[33] Bu məsələ ilə əlaqədar olaraq Suriya hökuməti nümayəndələri ilə də görüşmələrin olduğu və bu danışıqlarda Menaq aviabazasının və bölgədəki bəzi nəzarət məntəqələrinin təhvil verilməsi məsələsində müsbət fikirlərin olmasına baxmayaraq, bütün Əfrinin təhvil verilməyəcəyinin məlum olmasından sonra danışıqların nəticəsiz qaldığı iddia edildi. İraq və Suriyada "Inherent Resolve" əməliyyat qərargahının nümayəndəsi, ABŞ ordusunun polkovniki Rayan Dillon bəyan edib ki, TSQ-nın əməliyyat aparacağı bölgə koalisiyanın cavabdehlik ərazisinə daxil deyil.[32]
19 yanvar 2018-ci ildə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi YPG/PYD tərəfindən Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarət etdiyi Əzazdə yerləşən mülki xəstəxanaya minaatanlar vasitəsilə edilən hücum nəticəsində bir mülki vətəndaşın həlak olduğu, 13 nəfərin isə yaralandığını bildirdi.[34] Suriya Demokratik Qüvvələri sözçüsü isə bu xəbərlərin yalan olduğunu açıqladı.
Əməliyyatın başlamasına bir neçə gün qalmış Türkiyə və Azad Suriya Ordusu bölmələri Əfrin yaxınlığından keçən Türkiyə-Suriya sərhədi istiqamətində YPG silahlılarının olduğu mövqelərə artilleriya zərbələri endirmişdir. YPG qüvvələri isə buna cavab olaraq ASO-nun nəzarətində olan Əzaz qəsəbəsini bombalamışdır.[35][36] 19 yanvar tarixində Türkiyəyə məxsus Anadolu Agentliyi Əfrin ərazisində yerləşən rusiyalı hərbi müşahidəçilərin buranı tərk etdiyini bildirmişdir.[37]
Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Fərat Qalxanı əməliyyatına qatılan müxtəlif üsyançı qruplar əməliyyat başlamazdan əvvəl avtobuslarla Öncüpınarda yerləşən sərhəd keçid məntəqəsindən Suriya tərəfə daşındı.[38]
21 yanvar tarixində növbəti çıxışlarından birində Ərdoğan Türkiyə ərazisində bu əməliyyata qarşı hər hansısa etirazın "ağır bədəli" olacağını bildirdi.[39]
Türk hökuməti 2018-ci ilin 19 yanvar tarixində hücum əmrini verildiyini rəsmən elan etmişdir. Müdafiə Naziri Nürəddin Canikli, əməliyyat, əslində sərhəd hüdudlarında yerləşən terror yuvalarının bomalanması ilə qeyri-rəsmi formada başlamışdır- fikirini səsləndirmişdir.[40] Əməliyyatın ilk saatlarında Suriya sərhəddinin keçilməsi halı baş verməmişdir. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın şimalında yerləşən və Türkiyə üçün təhdid təşkil etməkdə olan hədəflərə doğru müntəzəm atəşlər açmağa başlayıblar.[41]
Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatlarına əsasən psixoloji dispanserə gətirlənə 14 nəfər şəxs Suriya Demokratik Qüvvələrinin açdığı atəşlər nəticəsində yaralanmışdır.[42] PYD tərəfdarlığı ilə bilinən Havar Xəbər Agentliyinin verdiyi məlumata görə PYD və YPG döyüşçüləri tərəfindən Şhabba bölgəsində Türkiyə və Azad Suriya Ordusuna mənsub olduqları iddia edilən dörd nəfər ödürülmüş, 5 nəfər isə müxtəlif dərəcəli yaralarla xilas olmağı bacarmışdır.[43]
Xəbər agentliyi verdiyi bir digər məlumatda Türkiyə tərəfinin havadan gerçəkləşdirdiyi bombardımanlar nəticəsində dinc insanlarında zərər gördüyünü iddia etmişdir. Türkiyə hökumətini verdiyi rəsmi bəyanətda əməliyyatın ilk günündə 150-dən çox terror hədəfinin məhv edildiyi, hədəflər vurulan zaman ərazidə və yaxın bölgələrdə yaşayan dinc insanların zərər görməməsi üçün, maksimum dərəcədə həssaslıq göstərildiyi açıqlanmışdır.[44][45]
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah idarəsindən verilən rəsmi açıqlamada sərhəd bölgələrində təhlükəsizlik və sülhün təmin olunması üçün PYD, PKK, YPG və İraq Şam İslam Dövləti kimi terror təşkilatlarının aradan qaldırılmalı olduğu qeyd edilmişdir.[46] Yanvarın 21-də, F- 16C qırıcılarının, 227-mm YARS və "Fırtına" ÖAQ-dan uzun artilleriya atəşlərindən sonra, TSQ quru əməliyyatına, yəni əməliyyatın ikinci mərhələsinə başladığını elan etdi. Bu mərhələdə TSQ saat 11:05 radələrində Azad Suriya Ordusunun bölmələri ilə bərabər, zirehli texnikaların dəstəyi ilə sərhəd xəttini keçdi. Günorta saatlarında Türkiyə xüsusi təyinatlılarının Şankal yaşayış məntəqəsini ələ keçidikləri barədə məlumat yayıldı.[32]
Məlumatlara əsasən türk ordusu Suriyanın şimalından etibarən ölkənin 5 km (3.1 mil) dərinliklərinə daxil olmuş və bölgədə yerləşmişdir. Sözügedən xəbər mərkəzi Londonda yerləşən SOHR xəbər agentliyi tərəfindən də təsdiq olunmuşdur.[47] Bölgədə yerləşən və PYD-YPG nəzarətində olan bir çox kənd Azad Suriya Ordusunun nəzarəti altına keçib.[48]
22 yanvar 2018-ci il tarixində türk qoşunları 7 kəndi YPG-dən azad etdiyini açıqlasa da, qarşı tərəf cəbhə xəttində döyüşlərin davam etdiyini bildirdi.[49] Yeni ələ keçirilmiş ərazilərə strateji əhəmiyyətli Burseya dağı da daxil idi.[50] Elə həmin gün türk ordusu ilk şəhid xəbərini açıqladı.[51] Əməliyyatın artıq üçüncü günündə türk qoşunları Suriya ərazisinin 7.5 km dərinliklərinə daxil olmuşdu.[52]
26 yanvar 2018-ci ildə YPG tərəfindən jurnalistlərin olduğu bölgəyə atəş açıldı.[53] Yenə eyni gün YPG rəhbərliyi Suriya Ordusuna çağırış etdi və Əfrinin qorunması üçün Suriya Ordusunun Türkiyə sərhədlərinə yerləşdirilməsinin vacib olduğunu bildirdi.[54]
27 yanvar tarixində Türkiyə Silahlı Qüvvələri YPG-yə məxsus 42 hədəfi məhv etdi. Türklərin dəstəklədiyi ASO qoşunları Bekki yaşayış məntəqəsini ələ keçirdikdən sonra YPG qoşunlarının geri çəkilməyə başladığı və çəkilərkən də tələlər qurduqları iddia edildi. TSQ əməliyyatın səkkizinci günündə YPG-yə aid ümumi 340 hədəfin məhv edildiyini açıqladı. Elə həmin gün baş vermiş münaqişələrdə iki nəfər türk əsgəri həlak oldu. 28 yanvar tarixində strateji əhəmiyyətli Burseya dağı tamamilə Türkiyə və Azad Suriya Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ərzində YPG-nin qadın qolu olan YPJ-nin bir üzvü türk əsgərlərinin olduğu bölgədə intihar hücumu həyata keçirdiyi bildirildi.[55]
29 yanvar 2018-ci il tarixində TSQ və ASO tərəfindən Ömər Uşağı bölgəsi və Burseya dağının cənubunda yerləşən Kastel Cundo kəndi ələ keçirildi.[56] Bu bölgələrə YPG-nin diversiya hücumu həyata keçirdiyi və türk artilleriyası tərəfindən bu hücumun qarşısının alındığı iddia edildi. Türkiyə Silahlı Qüvvələri Əfrinin mərkəzinə 13 km məsafədə yaxınlaşdı. 30 yanvarda TSQ Əfrinə havadan türk, kürd və ərəb dillərində bildiriş atdı. Bildirişlərdə xalqdan bölgədə yerləşən qruplaşmalara qarşı mübarizə aparmaları istənildi.[57]
Əməliyyat nəticəsində Afrin şəhəri ilə bərabər 6 rayon və qəsəbə, 282 kənd, 23 strateji yüksəklik, 1 su anbarı, 1 hava limanı və 1 hərbi baza, ümumilikdə 2000 km² ərazi nəzarət altına alındı. 2018-ci ilin martın 24-də başa çatan əməliyyat müddətində 4608 nəfər YPG/PYD üzvü məhv edildi. 320 nəfər Azad Suriya Ordusunun, 54 nəfər isə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti əməliyyatda şəhid oldu. Bu əməliyyat nəticəsində Afrin və onun ətrafında təhlükəsiz yaşayış təmin olundu. Hazırda bölgədə 350 min nəfər yaşayır. Zeytun Budağı əməliyyatı başa çatandan sonra TSQ Suriya ərazilərini tərk edib idarəetməni yerli əhalinin ixtiyarına verdi.[58]