. Love.az

Zufar Yenikeyev - Wikipedia - Love.az

Ana Səhifə - Zufar Yenikeyev

Zufar Yenikeyev (başq. Йәнекәев Зөфәр Ирғәли улы; 4 mart 1951, Baymak rayonu, Başqırd MSSR) — hüquqşünas, hüquq elmləri doktoru, professor, Başqırdıstan Respublikası Elmlər Akademiyasının üzvü, Dövlət Məclisi Katibliyinin rəhbəri - Başqırdıstan Respublikası Qurultayı, 2014-cü ildən bəri Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri və Başqırdıstan Respublikasının əməkdar vəkili[1].

Zufar Yenikeyev
Doğum tarixi 4 mart 1951(1951-03-04) (74 yaş)
Doğum yeri
  • Baymak rayonu, Başqırd MSSR, RSFSR, SSRİ
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru
Elmi adı
  • professor
Üzvlüyü
  • Başqırdıstan parlamenti
Mükafatları Salavat Yulaev ordeni (Rusiya)

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 İşləri
  • 3 Mükafatları
  • 4 Mənbə
  • 5 İstinadlar

Bioqrafiyası

redaktə

Zufar Yenikeyev 4 mart 1951-ci ildə Başqırd Sovet Sovet Sosialist Respublikasının Baymak rayonunun 1-ci Mukasovo kəndində anadan olmuşdur.

Məktəbdən sonra 2 il Başqırd MSSR-nIn İrendukovski sovxozunda fəhlə işləmişdir. 1973-cü ildə Sverdlovsk Hüquq İnstitutunu bitirib.

İş yerləri - Duvan rayonu prokurorluğunun müstəntiqi (1973-1974), Salavat şəhəri prokurorluğunun müstəntiqi, Baymak rayonu prokurorluğunun müstəntiqi (1976-1978).

1974-cü ildən orduda xidmət etmiş, sonra Sibay ət kombinatı üçün hüquq məsləhətçisi, Mənzil İstismar İdarəsi rəisinin müavini, Sibay şəhər mülki müdafiə qərargah rəisinin köməkçisi vəzifələrində çalışmışdır.

1975-ci ildə Başqırd Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasına daxil olur. "Başqırdıstanın Rusiyanın bir hissəsi olaraq hüquqi statusu, XVI - XXI əsrlər" mövzusunda namizədlik dissertasiyasını, doktorluq tezisini müdafiə etmişdir.

Digər iş yerləri: Başqırd Dövlət Universiteti Hüquq Fakültəsində müəllim; Katiblik Sektorunun müdiri, Başqırdıstan Respublikası Ali Şurasının xalq təhsili, elm, mədəniyyət, milli və beynəlxalq ənənələr, tarixi irsin qorunması üzrə Komissiyasının sədri.

Vahid Rusiya partiyasının üzvüdür. 2014-cü ildən Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsinin sədridir

Ailəlidir iki övladı var.

İşləri

redaktə

Zufar Yenikeyev 200-dən çox elmi əsərin müəllifidir.

Mükafatları

redaktə

"Başqırdıstan Respublikasının əməkdar vəkili"

Salavat Yulayev Ordeni

Mənbə

redaktə
  • http://www.bashkortostan.ru/organizations/8133/personnel/15967.html
  • http://www.vatandash.ru/index.php?article=1056 Arxivləşdirilib 2020-09-25 at the Wayback Machine
  • http://www.gsrb.ru:88/MainLeftMenu/Museum/Deputats/3soziv/enikeevzi.php[ölü keçid]
  • http://law.edu.ru/person/person.asp?persID=1121594 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • http://personarb.ru/index.php?categoryid=15&nomer=956324 Arxivləşdirilib 2018-09-02 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ Постановление Государственного Собрания — Курултая Республики Башкортостан от 29 мая 2014 года №ГС-476 «О назначении Еникеева 3. И. на должность Председателя Конституционного Суда Республики Башкортостан»
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zufar_Yenikeyev&oldid=6131917"
LOVE.AZ