. Love.az

Zurab Pataridze - Wikipedia - Love.az

Ana Səhifə - Zurab Pataridze

Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

Zurab Pataridze
gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1928(1928-09-09)
Doğum yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan Sovet Sosialist Respublikası[d], ZSFSR, SSRİ
Vəfat tarixi 5 iyun 1982(1982-06-05) (53 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Gürcüstan Texniki Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur.

1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı.

1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ilin iyun ayından Gürcüstan SSR-nin Kp MK-nın katibi təyin edildi.

1975-ci il dekabr ayından 1982-ci ildə vəfatına qədər Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik edirdi.

SSRİ Ali Sovetinin 9-10 çağırış deputatı və 1976-cı ildən Sov. İkp MK üzvlüyünə namizəd olmuşdur.

1982-ci il iyunun 5-də avtomobil qəzasında həlak olmuşdur. Tbilisinin Saburtalo rayonunda yerləşən ictimai xadimləri panteonunda dəfn edilmişdir.

Mükafatları

redaktə
  • Lenin ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Oktyabr inqilabı" ordeni

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Bioqrafiyası (rusca)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zurab_Pataridze&oldid=6942984"
LOVE.AZ