. Love.az

Zurnabad - Wikipedia - Love.az

Ana Səhifə - Zurnabad

Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad kənd inzibati ərazi dairəsində kənd.[1]

Zurnabad
40°30′22″ şm. e. 46°14′25″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Zurnabad xəritədə
Zurnabad
Zurnabad

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

1897–ci ildə burada Zemstvo məktəbi açılmışdır.[2] 1912-ci ilin fevralında Zurnabadda poçt-teleqraf stansiyası işə düşmüşdür[3]

Zurnabad kəndinin cənubunda XII əsrə aid Zurnabad qalası (İnventar nömrəsi 4290) yerləşir. Bundan başqa orta əsrlərə aid yerli əhəmiyyətli köhnə qəbiristanlıq da abidə kimi qorunur.[4]

Zurnabadda həmçinin erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də var. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Kilsədən təxminən 50-60 metr hündürlükdə 13-cü əsrə aid daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib. Ölçüləri isə standart məbədlərdən 3 dəfə böyükdür.[5]

Əhalisi

redaktə

Əhalisi 1273 nəfərdir.

Həmçinin bax

redaktə
  • Zurnabad kurqanı

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Arxivlənmiş surət". 2020-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
  3. ↑ Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı. "Elm". 2008. səh. 70.[ölü keçid]  (az.)
  4. ↑ "Göygöl rayonu ərazisində olan tarixi abidələr haqqında". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  5. ↑ "Göygöldə alban dövrü abidəsi məhv ola bilər". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zurnabad&oldid=7846222"
LOVE.AZ