. Love.az

Ramil Musayev - Wikipedia - Love.az

Ana Səhifə - Ramil Musayev

Ramil Aydın oğlu Musayev (6 may 1991, İsmayıllı – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]

Ramil Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 6 may 1991(1991-05-06)
Doğum yeri
  • İsmayıllı, İsmayıllı rayonu, Azərbaycan Respublikası, SSRİ
Vəfat tarixi 4 oktyabr 2020(2020-10-04) (29 yaşında)
Vəfat yeri
  • Füzuli rayonu, Azərbaycan
Dəfn yeri
  • İsmayıllı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Silahlı Qüvvələrin TTM-i
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2009—2010 / 2013—2020
Rütbəsi K/gizir
Döyüşlər
 • Azərbaycan–Ermənistan arasında toqquşma (aprel, 2016)
 • Qarabağ müharibəsi (2020)
    • Murovdağ əməliyyatı
    • Füzulinin azad edilməsi
    • Cəbrayılın azad edilməsi
Təltifləri "Qarabağ" ordeni — 20202020
"Vətən uğrunda" medalı — 20202020 "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Şücaətə görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Tərcümeyi-halı

redaktə

Ramil Aydın oğlu Musayev 1991-ci il, mayın 6-da İsmayıllı şəhərində anadan olub.[2][1]

İsmayıllı rayon N. Behdiyev adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə İsmayıllı peşə məktəbini bitirib.[1]

2009-cu ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissədə xidmət edib.[1]

2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "MAHHXHQ hazırlığı" kursunu bitirib.[1]

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 fevral 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.[1]

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il ərzində xüsusi təyinatlı bölüyün xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının kəşfiyyatçısı (pulemyotçu), xüsusi təyinatlı taqımın xüsusi təyinatlı manqasının baş atıcısı, xüsusi təyinatlı taqımın xüsusi təyinatlı manqasının komandiri vəzifələrində xidmət edib.[1]

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 4-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] İsmayıllı şəhərində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5][6][7]

Evli idi. Ramil adında bir oğlu var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 layihənin müəllifi, tərtibatçı-redaktor Abdulla Qurbani. "Vətən müharibəsi şəhidləri: Azərbaycan Ordusunun şəhid zabit və gizirləri:". Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ( (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.
  2. ↑ Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI" (PDF). www.mod.gov.az ( (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.10.2022.
  3. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  6. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  7. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramil_Musayev&oldid=8221655"
LOVE.AZ