Ramil Aydın oğlu Musayev (6 may 1991, İsmayıllı – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]
Ramil Musayev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1991(1991-05-06) |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 2020(2020-10-04) (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2009—2010 / 2013—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Ramil Aydın oğlu Musayev 1991-ci il, mayın 6-da İsmayıllı şəhərində anadan olub.[2][1]
İsmayıllı rayon N. Behdiyev adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə İsmayıllı peşə məktəbini bitirib.[1]
2009-cu ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissədə xidmət edib.[1]
2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "MAHHXHQ hazırlığı" kursunu bitirib.[1]
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 fevral 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.[1]
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il ərzində xüsusi təyinatlı bölüyün xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının kəşfiyyatçısı (pulemyotçu), xüsusi təyinatlı taqımın xüsusi təyinatlı manqasının baş atıcısı, xüsusi təyinatlı taqımın xüsusi təyinatlı manqasının komandiri vəzifələrində xidmət edib.[1]
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 4-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] İsmayıllı şəhərində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5][6][7]
Evli idi. Ramil adında bir oğlu var.