. Love.az

Atp Reytinqi - Wikipedia - Love.az

Ana Səhifə - Atp Reytinqi


ATP Reytinqi (ing. ATP Ranking) — bütün turnirlərdə, təklər və qoşalar (cütlər) yarışlarında tennisçilərin istirakı və səpilməsi (sıralanması) üçün təsnifatını müəyyən etmək üçün Peşəkar Tennisçilər Assosiasiyası (ATP) tərəfindən istifadə edilən qələbəyə əsaslanan metoddur. Təklərin reytinqi ilk dəfə 23 avqust 1973-cü ildə, cütlərin reytinqi isə 1 mart 1976-cı ildə dərc edilmişdir.

Yannik Sinner (İtaliya), kişi təklər arasında ATP reytinqinin dünya birincisi
Karlos Alkaras (İspaniya), kişi təklər arasında №2
Aleksandr Zverev (Almaniya), kişi təklər arasında №3
Cek Draper (Birləşmiş Krallıq), kisi təklər arasında №4
Teylor Fritz (ABŞ), kişi təklər arasında №5

Reytinq xalları turnirin mərhələsinin adlanmasına və turnirin nüfuzuna uyğun olaraq verilir. Ən çox xal dörd Böyük Dəbilqə turnirində verilir. ATP finalı istisna olmaqla, reytinqlər hər bazar ertəsi yenilənir, xallar isə, onlar verildikdən 52 həftə sonra sıfırlanır.

APT finalına görə isə xallar, növbəti ilin son ATP Tur (ATP Tour) turnirindən sonrakı bazar ertəsi sıfırlanır.

Hal-hazırda, 30 iyun 2025-cü il vəziyyətinə görə italiyalı tennisçi Yannik Sinner kişilər arasında təklər yarışında dünya birincisidir.[1]

İstinadlar

redaktə
  1. ↑ "ATP Singles Rankings". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=ATP_reytinqi&oldid=8232902"
LOVE.AZ