Aleksandr Qrin (rus. Александр Грин; 11 (23) avqust 1880[1][2][…], Slobodskoy, Vyatka quberniyası[d][2][5][…] – 8 iyul 1932[3][4][…], Starıy Krım, Krım MSSR[3][6]) — rus sovet yazıçısı, neoromantizm cərəyanının nümayəndəsi, simvolik fantaziya elementləri olan fəlsəfi və psixoloji əsərlərin müəllifi.[7].
Aleksandr Qrin | |
---|---|
rus. Александр Грин | |
![]() | |
Doğum adı | Александр Степанович Гриневский[1] |
Təxəllüsü | Александр Грин[1] |
Doğum tarixi | 11 (23) avqust 1880[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 iyul 1932(1932-07-08)[3][4][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, şair, romançı, hekayə yazıçısı[d], nasir |
Fəaliyyət illəri | 1906-cı ildən |
Əsərlərinin dili | rus dili |
İstiqamət | simvolizm |
Janrlar | povest, oçerk, poeziya |
![]() | |
![]() |
Aleksandr Qrin 1880-ci ildə Vyatka quberniyasının Slobodskoy şəhərində (indiki Kirov vilayəti) Aleksandr Stepanoviç Qrinevski (rusca: Алекса́ндр Степа́нович Грине́вский) adı ilə anadan olub. O, polyak əsilli Stefan Qrinevskinin oğludur. Stefan 1863-cü ildəki Polşa üsyanında iştirak etdiyinə görə cəza olaraq Tula şəhərinə sürgün edilmişdi. Aleksandrın anası isə rus mənşəli tibb bacısı Anna Lyapkova idi.[8] Aleksandr 1896-cı ildə Vyatkada məktəbi bitirdikdən sonra Odessaya getdi və səfil həyatı yaşamağa başladı. O, dənizçi, qızıl axtaran və tikinti işçisi kimi çalışdı, lakin tez-tez işsiz qalırdı, dilənərək və atasının göndərdiyi pulla özünü dolandırırdı.
Rus ordusuna qoşulduqdan sonra o, Sosialist-İnqilabçı Partiyasının üzvü oldu, həbs edildi və "inqilabi təbliğat"a görə bir müddət həbsxanada qaldı. O, ilk qısa hekayəsini 1906-cı ildə bir qəzetdə çap etdirdi. Elə həmin il o, Sankt-Peterburqda həbs edildi və Tobolsk quberniyasının ucqar bölgəsində dörd il sürgünə məhkum edildi. Lakin Tobolska çatdıqdan qısa müddət sonra Aleksandr Qrin oradan qaçdı və qeyri-qanuni şəkildə yaşamaq üçün Peterburqa qayıtdı. O, 1910-cu ildə yenidən həbs olundu və Arxangelsk quberniyasında yaşamağa göndərildi. Keqostrov [9] adlı kiçik bir kənddə Qrin və onun 1910-cu ildə evləndiyi ilk həyat yoldaşı Vera Pavlovna Abramova ilə 1910–1912-ci illərdə birlikdə yaşadılar.
Aleksandr Qrin 1912-ci ildə o, Sankt-Peterburqa qayıtdı və həyat yoldaşından boşandı. Həmin dövrdə Qrin əsasən qısa hekayələr yazırdı; onun iri həcmli əsərlərinin çoxu isə 1917-ci il Oktyabr inqilabından sonra yazılmış və 1920-ci illərin birinci yarısında böyük populyarlıq qazanmışdı. 1921-ci ildə o, Nina Nikolayevna Qrinlə evləndi.[10] Onlar 1924-cü ildə dəniz kənarında yaşamaq üçün Feodosiya şəhərinə köçdülər. Ömrünün son günlərində Qrinin romantik baxışları sovet ədəbiyyatının əsas cərəyanı ilə kəskin ziddiyyət təşkil edirdi; Moskva və Leninqraddakı nəşriyyatlar onun romantik əsərlərini qəbul etmirdi və Qrin həyat yoldaşı ilə birlikdə ağır yoxsulluq şəraitində yaşayırdı. Aleksandr Qrin alkoqolizm və vərəm xəstəliyindən əziyyət çəkirdi və bu xəstəliklər nəticədə onun sağlamlığını tamamilə məhv etdi. O, 1932-ci ildə Starıy Krım şəhərində mədə xərçəngindən vəfat etdi və Starıy Krım qəbiristanlığında dəfn olundu.[11]
Rejissor Andrey Tarkovski özünün "Sculpting in Time" adlı kitabında yazır ki, Qrin aclıqdan ölərkən "öz düzəltdiyi yay və oxla ovlamaq üçün dağlara çıxmışdı". O, Qrini ən dərin mənada şair nümunəsi kimi göstərir – dünyanı dərk edən, reallığa özünəməxsus münasibəti olan və həyatı boyunca insana yol göstərə biləcək bir fəlsəfəyə sahib olan insan kimi.[12]
Aleksandr Qrinin əsərlərinin əksəriyyəti onun yaşadığı Rusiya imperiyası və Sovet Rusiyası reallığı ilə birbaşa əlaqəli deyil. Onun roman və hekayələrinin əksəriyyətinin hadisələri dəniz kənarında yerləşən, adı çəkilməyən, guya Avropadan uzaq bir diyarda baş verir, lakin bütün personajlar ad və zahiri baxımdan Qərbi Avropalı görünürlər.
Dəniz kapitanları, dənizçilər, alimlər, səyyahlar, cinayətkarlar, dəbdəbəli aristokratlar, uşaq kimi saf qızlar, zərif canilər və hər zaman arzularına sadiq qalan güclü ruhlu qəhrəmanlarla dolu olan Qrinin yaratdığı dünyaya pərəstişkarları "Qrinlandiya" deyə müraciət edirlər. Onun bəzi romanlarında sehr elementləri yer alsa da, bu sehr onun dünyasının sabit bir hissəsi kimi deyil, qarşılaşan insanların həyatını dəyişdirən möcüzə kimi təqdim olunur.