Elnur Şahmurad oğlu Cabbarov (12 sentyabr 1994, Ağcabədi – 12 noyabr 2020, Bakı) — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının əsgəri (MAHHXHQ); 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanıb, bir həftə sonra müalicə aldığı hospitalda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Elnur Cabbarov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2012—2014 / 2020 |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Elnur Şahmurad oğlu Cabbarov 1994-cü il, sentyabrın 12-də Ağcabədi şəhərində anadan olub.[1] Əslən Laçın rayonunun Qarakeçdi kəndindəndir. Ailəsi Birinci Qarabağ müharibəsində, Laçının işğalından sonra Ağcabədi rayonunda qaçqın həyatı sürüb.
2001–2012-ci illərdə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində təhsil alıb.
2013-cü ildə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013–2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissədə xidmət edib.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "MAHHXHQ hazırlığı kursu"nu bitirib. Müdafiə Nazirliyinin müvafiq əmri ilə Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmətə başlayıb.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 5-də Şuşa rayonu ərazisində ağır yaralanıb. Bir həftə sonra, noyabrın 12-də müalicə aldığı hospitalda şəhid olub. Ağcabədi şəhərində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[2], həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[3][4][5][6]
Evli idi. Minayə adında bir qızı var.