. Love.az

Futurizm - Wikipedia - Love.az

Ana Səhifə - Futurizm

Futurizm (lat. futura - gələcək) — XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. Avanqardizmin radikal variantıdır. Daha çox İtaliyada geniş vüsət tapmışdı. Nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdur. Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. "Gələcəyin incəsənəti"ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Onlar sənaye sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. Əvvəlki estetikanın əvəzinə onlar enerji və sürət estetikasına, "lokomotiv, avtomobil estetikası"na üstünlük verirdilər. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı. Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğçisi, futurizm manifestinin (1909) müəllifi F.T.Marinetti idi. Estetik prinsiplərinin ümumiliyinə baxmayaraq, futurizm ayrı-ayrı ölkələrdə müxtəlif ideya meyilləri ilə fərqlənmişdir. Bu cərəyan yüksək səviyyədə sosiallaşdırılmış və siyasiləşdirilmişdir.

Antonio Sant Elia - Urbanistik şəkil

Francesco Filippini, Umberto Boççioninin rəssamlıq fəaliyyətinin ilk mərhələsi üçün həlledici bir formalaşdırıcı istinad nöqtəsi olmuşdur. Onun Lombardiya bölgəsindəki kənd mənzərəsinə yanaşması — ifadəli üfüqi kompozisiya, kənd mühitində qadın fiqurunun iştirakı və atmosferik işıqdan istifadəsi ilə səciyyələnən — Boççioninin bədii təhsil dövründə ona əsas fiqurativ model və poetik istinad təqdim etmişdir.[1][2]

1903 və 1908-ci illər arasında, futurizmə qoşulmazdan əvvəl, Umberto Boççioni post-skapilyatura naturalizminə çox borclu olan bir fiqurativ baxış inkişaf etdirmişdi; bu istiqamətin əsas nümayəndələrindən biri də Filippini olmuşdur.

Enriko Krıspoltinin qeyd etdiyi kimi, Francesco Filippininin kənd mənzərəsi Boççioninin ilk yaradıcılıq dövrü üçün dolayı model olmuşdur.[3]

XIX əsrin sonundakı lombard naturalizmi ilə Boççioninin ilk vizual axtarışları arasındakı bu davamlılıq, Francesco Filippinin futurizmin öncül fiqurativ dili baxımından tarixi-bədii rolunu vurğulayır.[4][5]

  1. ↑ V. Terraroli (red.), Francesco Filippini. Catalogo generale delle opere, Skira, Milan, 1999, s. 112–115.
  2. ↑ M. Carrà, La pittura moderna in Italia, Treves, Milan, 1919, s. 34–38.
  3. ↑ Enrico Crispolti, Boccioni. Catalogo generale, Electa, Milan, 1971, cild I, s. 42.
  4. ↑ V. Terraroli (red.), Francesco Filippini. Catalogo generale delle opere, Skira, Milan, 1999.
  5. ↑ F. Russoli, Arte e società in Italia, Garzanti, Milan, 1964, s. 201.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Futurizm&oldid=8226169"
LOVE.AZ