. Love.az

Hovannes - Wikipedia - Love.az

Ana Səhifə - Hovannes
Bu məqalə Müaviyə ibn Səhl adlı məqalə ilə demək olar ki, eyni mövzudan bəhs edir və ya onun kopiyasıdır. Bu səbəbdən hər ikisinin də eyni başlıq altında birləşdirilməsi mümkündür.

Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi.[1] 838-ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir.[1] Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır.[2] Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır.[1] Bəzi mənbələrdə Səhl ibn Sunbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir.[3]

Hovannes
II Xaçın knyazı
ƏvvəlkiSəhl ibn Sunbat
SonrakıAtrnerseh
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi təx. 850lərin sonları
Atası Səhl ibn Sunbat
Dini xristian

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 55—56
  2. ↑ Свод армянских надписей, пр. 5, 1982, с. 12
  3. ↑ Армянская советская энциклопедия. — Ер., 1980. — Т. 10. — С. 141.

Həmçinin bax

redaktə
  "Qafqaz Albaniyası" portalı
  • Xaçın knyazlığı
  • Artsak

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hovannes&oldid=6904977"
LOVE.AZ