. Love.az

Kim Kum Ok - Wikipedia - Love.az

Ana Səhifə - Kim Kum Ok
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Kim (ad).

Kim Kum-Ok (9 dekabr 1988) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Kum-Ok Koreya Xalq Demokratik Respublikasını 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2007-ci ildə Universiada Oyunlarında qızıl, 2010-cu ildə Asiya Oyunlarında isə bürünc medal qazanıb.

Kim Kum-Ok
Şəxsi məlumatlar
Tam adı Kim Kum-Ok
Vətəndaşlığı Şimali Koreya KXDR
Doğum tarixi 9 dekabr 1988 (36 yaş)
Doğum yeri
  • Pxenyan, Şimali Koreya
İdman növü Yüngül atletika
Medallar
Universiada Oyunları
Qızıl 2007 Banqkok Yarım-marafon
25 sentyabr 2016 tarixində yenilənib.

Karyerası

redaktə

Kim Kum-Ok birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 30 dəqiqə 1 saniyəyə qət edərək 82 marafonçu sırasında 12-ci yeri tutdu.

Kim Kum-Ok özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Kim Kum-Ok məsafəni 2 saat 33 dəqiqə 30 saniyəyə qət edərək 49-cu yeri tutdu.

Kim Kum-Ok növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 24 saniyəyə qət edərək 49-cu yeri tutdu.

Mənbələr

redaktə

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kim_Kum-Ok&oldid=7760959"
LOVE.AZ