Nikanor (Nika) Melia (gürc. ნიკა მელია; 21 dekabr 1979[1], Tbilisi) — Gürcüstan vəkili və siyasətçisi. Vahid Milli Hərəkatın sədri. Gürcüstan parlamentinin üzvü.
Nika Melia | |
---|---|
gürc. ნიკა მელია | |
![]() | |
Doğum tarixi | 21 dekabr 1979(1979-12-21)[1] (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas, dövlət rəsmisi, vəkil |
Partiyası | |
![]() |
|
![]() |
Nika Melia 21 dekabr 1979-cu il tarixində SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tblisi şəhərində anadan olmuşdur.
Melia 2020-ci ilin dekabrında Qriqol Vaşadzenin istefasından sonra Vahid Milli Hərəkatın (VMH) sədri seçilmişdir.[2]
23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etmişdir. Reyd zamanı müxalifət üzvlərinə "mütənasib şəkildə zorakılıq" tətbiq edilmiş, VHM-nin verdiyi məlumata görə isə polis ofisdən bir neçə kompüter serverinin məlumatlarını oğurlamışdır. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışmışdır. Reyddən sonra 2020-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından namizəd olmuş Baş nazir İrakli Qaribaşvili Melianı "adi cinayətkar və terrorçu" adlandırmışdır.[3] Avropa İttifaqının təzyiqindən sonra Melia 10 may 2021-ci il tarixində azadlığa buraxılmışdır.[4]