Misir Tanrıları Nut | ||||
---|---|---|---|---|
və ya |
nwt | |||
İdeoqram |
| |||
və ya |
nwt | |||
Determinativ |
| |||
Nut — Qədim Misir mifologiyasına görə səma ilahəsi. O, göy üzünü, ulduzlarla dolu gecə səmasını təmsil edir və Qədim misirlilər üçün çox mühüm ilahi varlıq sayılırdı. Həmçinin Nut ana obrazı kimi də təsvir olunurdu — o, göy üzünü bədəni ilə əhatə edir və hər gecə günəş tanrısını udaraq, səhər yenidən doğur.[1]
Butun atası hava tanrısı Şu, anası isə rütubət ilahəsi Tefnutdur. Nut torpaq tanrısı Geb ilə evlidir. Bu evlilikdən Misir mifologiyasının ən məşhur beş tanrısı dünyaya gəlir:
Qədim mifə görə, günəş tanrısı Ra bir kahindən eşidir ki, Nutun dünyaya gətirəcəyi uşaqlardan biri onu taxtdan salacaq. Bunu eşidən Ra, Nutun il ərzində hər hansı bir gündə uşaq dünyaya gətirməsinə qadağa qoyur.
Bu vəziyyətdə müdriklik tanrısı Tot Nutun köməyinə gəlir. Tot, ay tanrısı Xonsu ilə birgə ağıllı oyun oynayır və işıq qazanır. Bu işıqla Tot ilin xaricində beş gün əlavə edir. Misir təqvimi 360 gündən ibarət idi, bu beş gün əlavə gün kimi sayılırdı. Nut bu beş gündə ardıcıl olaraq Osiris, Horus, Set, İsida, Neftidanı dünyaya gətirir.