Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və lahiyə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.