Pyerluici Kollina (it. Pierluigi Collina, 13 fevral 1960[1][2], Boloniya[3]) — italiyalı keçmiş futbol hakimi. O, 1998-2003-cü illərdə ardıcıl altı dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən "Dünyanın Ən Yaxşı Hakimi" seçilib.[4] Kollina İtaliya Futbol Hakimləri Assosiasiyasının (AİA) ödənişsiz məsləhətçisi kimi futbolla məşğul olmağa davam edir, 2010-cu ildən Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin prezidenti,[5] UEFA Hakimlər Komitəsinin üzvü və FİFA Hakimlər Komitəsinin sədri vəzifələrini icra edir.[6]
Pyerluici Kollina | ||
---|---|---|
![]() | ||
Ümumi məlumatlar | ||
Doğum tarixi | 13 fevral 1960(1960-02-13)[1][2] (65 yaş) | |
Doğum yeri | ||
Vətəndaşlığı | ||
Təhsili | ||
Karyerası | ||
|
||
![]() |
Beynəlxalq karyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir.
Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.[7]
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |