. Love.az

Rafiq Novruzov - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Novruzov

Rafiq Novruzov (tam adı: Rafiq Manaf oğlu Novruzov; 1 mart 1952, Bakı) — filoloq, ədəbiyyatşünas, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru[1]

Rafiq Novruzov
Rafiq Manaf oğlu Novruzov
Doğum tarixi 1 mart 1952(1952-03-01) (73 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Manaf Novruzov
Elm sahəsi Filologiya
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri
  • Bakı Slavyan Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
    • 1.2 Təhsili
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək fəaliyyəti
    • 2.2 Elmi fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 Mənbə
  • 5 İstinadlar

Həyatı

redaktə

Novruzov Rafiq Manaf oğlu 1 mart 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1970-1975).

Ailəsi

redaktə

Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Manaf Novruzovun oğludur. Ailəlidir. İki övladı var.

Təhsili

redaktə

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. 1981-сi ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun əyani aspiranturasını bitirmiş, 1983-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir, 1992-ci ildən professordur.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətini M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda başlamış (1976) və fakültə dekanı (1990-1993), tədris işləri üzrə prorektor (1993-2000), rektor əvəzi (1997-2000), kafedra müdiri (2002-2010) vəzifələrində çalışmışdır. 2010-2012-cı illərdə M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetin nəzdində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, 2012-2014-cü illərdə Kiyev Milli Linqvistik Universitetində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, Yaxın və Orta Şərq dilləri kafedrasının professoru vəzifələrində çalışmışdır. 2014-2015-ci illərdə BSU-nun Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri işləmişdir. 2015-ci ildən bu günə kimi BSU-nun elmi işləri üzrə prorektorudur.

Elmi fəaliyyəti

redaktə

1993-ci ildən Pedaqoji və Sosial Elmləri Akademiyyasının (RF), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2020), Avropa Təbiət Elmləri Akademiyasının (2020) akademikidir. 2000-ci ildən rus ədəbiyyatı tarixi kafedrasının professorudur. Rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi əlaqələrinə və tərcümə problemlərinə dair tədqiqatların, o cümlədən, 35 monoqrafiya, dərs vəsaitlərin, lüğət və danışıq kitabçalarının müəllifidir. 15 filologiya üzrə fəlsəfə doktoru və bir filologiya üzrə elmlər doktoru yetişdirmişdir.


Çap olunmuş kitabların sırasında:

  • Художественный перевод и проблема взаимодействия, взаимообогащения литератур. – Баку, 1990. – 342s.
  • Пути взаимообогащения. – Баку, 1994. -156 s.
  • Аксиоматические выражения: вопросы типологии и перевода (в соавторстве). – Баку, 1996
  • История авторского перевода в Азербайджане. – Баку, 1998
  • İslami dəyərlər L.N.Tolstoyun baxışlarında. - Bakı, 2007. – 98s.
  • Проблема перевода сакральных текстов (“Sakral mətnlərin tərcümə problemi). Almaniya: – LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2011– 143p.;
  • Возвращение забытого Пророка (Unudulmuş Peyğənbərin qayıdışı). Almaniya: – LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2012. - 157
  • Палитра зпадно-восточного синтеза (Qərb-şərq sintezin palitrası). – Almaniya: LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2012. – 233.
  • Философия зороастризма (Zərdüştliyin fəlsəfəsi). Avstriya: “East West” Association for Studies and Higher Education GmbH. Vienna, 2015. - 191.  
  • Azərbaycan dili ukraynalılar üçün (dərs vəsaiti) (həmmüəlliflərlə birgə). – Kiev, 2014. – 246 s
  • Azərbaycanca-çexcə və çexcə-azərbaycanca danışıq kitabçası (dərs vəsaiti). – Brno, 2019. – 153 s.

Təltif və mükafatları

redaktə
  • 1999-cu ildə Rusiya Federasiyasının A.S.Puşkin adına medalı ilə təltif olunmuşdur.
  • 2 iyun 2020 ildə Avropa Təbiət Elmləri Akademiyasının, Avropa Universiteti və Avropa Elmi Cəmiyyətinin birgə qərarı ilə “Avropanın Fəxri Alimi” Beynəlxalq Diplomu ilə təltif edilmişdir.
  • 2020-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının tərəfindən Beynəlxalq Qızıl Ulduz medalı, Avropa Təbiət Elmləri Akademiyasıının, Avropa Universiteti və Avropa Elmi Cəmiyyəti tərəfindən Leybnis medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Təhsil Nazirinin 2006-cı il 13 dekabr tarixli  11/1299 nömrəli əmri ilə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr 521 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451. ISBN 5-8066-1468-9.

İstinadlar

redaktə
  1. ↑ "PROF. RAFİQ NOVRUZOV". 2020-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Novruzov&oldid=8190078"
LOVE.AZ