. Love.az

Ramon Muntaner - Wikipedia - Love.az

Ana Səhifə - Ramon Muntaner

Ramon Muntaner (kat. Ramon Muntaner; 1265[1][2][…] – 1336[1], İbiza[3]) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" (kat. Crònica) əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur.

Ramon Muntaner
kat. Ramon Muntaner
Heykəli
Heykəli
Doğum tarixi 1265/1270
Doğum yeri Perelada, Araqon koronası
Vəfat tarixi 1336
Vəfat yeri İbiza, Araqon koronası
Milliyyəti katalan
Fəaliyyəti tarixçi, yazıçı
Əsərlərinin dili katalan dili
İlk əsəri "Xronikalar"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Əsəri
  • 2 İstinadlar və qeydlər
  • 3 Mənbələr
  • 4 Xarici keçidlər

Əsəri

redaktə
 
"Xronikalar" əsərinin əlyazması.

Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı.

Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.[4] Muntaner öz əsərini 1325–1332-ci illərdə qələmə almışdır.[5] Əsərin bir çox səhifələrində Efesdən, Troyadan, Gelibolu yarımadasından və İstanbuldan bəhs edilir.

Ramon Muntaner 1336-cı ildə İbizada vəfat etmişdir.

İstinadlar və qeydlər

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Ramón Muntaner // CONOR.SI.
  3. ↑ Bibliothèque nationale de France Record #12768150n // BnF catalogue général (fr.). Paris: BnF.
  4. ↑ Digər üç əsər Araqonlu I Xaymenin avtobioqrafiyası, Bernard Desklotun xronikaları və Araqonlu IV Pedronun kral xronikalarıdır.
  5. ↑ "Ortacağ kronikleri" (türk). 16 yanvar 2016. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.

Mənbələr

redaktə
  • Ramon Muntanerin xronikaları, Ledi Qudinaf tərəfindən ingilis dilinə tərcüməsi (pdf sənəd)
  • Lyuis Vives İnstitutundakı nüsxə Arxivləşdirilib 2014-02-18 at the Wayback Machine, (katalanca)
  • Berkeley Universitetindəki nüsxə Arxivləşdirilib 2001-11-26 at the Library of Congress Web Archives Vebarxiv|url=http://webarchive.loc.gov/all/20011126145659/http://www.lib.berkeley.edu/~catalan/assignments/week7_assignment.html

Xarici keçidlər

redaktə
  Vikianbarda Ramon Muntaner ilə əlaqəli mediafayllar var.
  • Əsərdən kiçik hissə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramon_Muntaner&oldid=6732670"
LOVE.AZ