. Love.az

Tural Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Tural Abdullayev

Tural Şakir oğlu Abdullayev (26 fevral 1990, Ərikli, Laçın rayonu – 30 sentyabr 2020, Murovdağ) — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]

Tural Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1990
Doğum yeri
  • Ərikli, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 sentyabr 2020 (30 yaşında)
Vəfat yeri
  • Murovdağ
Dəfn yeri
  • Binə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 2009—2020
Rütbəsi
Baş çavuş
Döyüşlər
 • Qarabağ müharibəsi (2020)
    • Murovdağ döyüşləri
Təltifləri "Qarabağ" ordeni
"Vətən uğrunda" medalı — 20202020 "Kəlbəcərin azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Tərcümeyi-halı

redaktə

Tural Şakir oğlu Abdullayev 1990-cı il, fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub.[2] Tural Abdullayev Laçın rayonunda doğulsa da, iki yaşınadək ailəsi ilə birgə Xocalıda yaşamışdı. 1992-ci il fevralın 26-da Xocalının erməni silahlı dəstələri tərəfindən işğala və əhalinin soyqırıma məruz qalmasından sonra, Abdullayevlər ailəsi Bakının Xətai rayonuna gəlmişdi.[1]

Orta təhsilini 1997–2005-ci illərdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Laçın rayonu 28 saylı tam orta məktəbində alsa da, 9–11-ci sinifləri ailəsinin təsərrüfat qurmaq səbəbilə müvəqqəti yaşamaq üçün üz tutduğu Qax rayonunun Almalı kənd orta məktəbində oxumalı olub.[1]

2009-cu ildə Xocalı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2011-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət edib.[1]

2011-ci ilin aprelindən Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsinin "Qartal" xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətə başlayıb.[1]

Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.[1]

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 30-da Kəlbəcər istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] Binə Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5]

Subay idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi Heyətlə İş İdarəsi. "Baş çavuş Abdullayev Tural" ( (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.
  2. ↑ Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI" (PDF). www.mod.gov.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.10.2022.
  3. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tural_Abdullayev&oldid=8220882"
LOVE.AZ