Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.[1]
Yuxarı Kürdmahmudlu | |
---|---|
![]() | |
39°35′57″ şm. e. 47°26′57″ ş. u.HGYO | |
Ölkə | |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Füzuli rayonu |
Bələdiyyə | Əhmədbəyli bələdiyyəsi (Füzuli) |
Bələdiyyə | Əhmədbəyli bələdiyyəsi (Füzuli) |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Kürdmahmudlu |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
| |
![]() |
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib[3].
Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır.
Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir.[4]
Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[5] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi olub.
25.11.2024-cü il tarixində qüvvəyə minmiş "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[6] 18.3-cü bəndi ilə "Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yaradılmışdır.
Bununla da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi ləğv edilmiş sayılır.
Köndələnçayın sahilində, düzənlikdədir.
2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Yuxarı Kürdmahmudlu kəndində 8 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 173 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 77 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.[7]
Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.