Yuxarı Kürdmahmudlu bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999 - 2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Bələdiyyə | |
Yuxarı Kürdmahmudlu bələdiyyəsi | |
---|---|
Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi | |
Ölkə | |
Daxildir | Füzuli rayonu |
İnzibati mərkəz | Yuxarı Kürdmahmudlu |
Bələdiyyə sədri | Əlizadə Elnur Qutais oğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1999 |
Ləğv edilib | 2024 |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Statistik kodu | 60620007 |
Bələdiyyə ödənişləri üçün vergi kodu | 7518 |
VÖEN | 7500071791 |
Telefon kodu | 994 26 |
Avtomobil nömrəsi | 19 |
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi olub.
2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[2] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[3] və İmişli Regional Ədliyyə İdarəsi[4] həyata keçirib.
20.11.2000-ci il tarixli 12 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və onun 18.08.2020-ci il tarixli 07 nömrəli Protokolunda[5] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.
2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[8], Qarabağ Regional Ədliyyə İdarəsi[4] vasitəsilə həyata keçirilirİdarəsi.
18.08.2020-ci il tarixli 07 nömrəli Protokolunda[5] təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi qəbul edilib və Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 06 nömrəli Protokolunda[9] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
Bu Bələdiyyyənin icrasının 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə təsbit edilmiş Qərarına əsasən o, Əhmədbəyli bələdiyyəsi ilə birləşmə təklif etmişdir[10].
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[11] 18-ci hissəsinə əsasən: "18.3. Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilib.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla[12] təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.
Nizamnaməsinin[5] 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndi olmuşdur.
"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun[13] əvvəlki redaksiyasına əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aiddir:
Bələdiyyənin adı[14] | VÖEN[15] | Bələdiyyə ödəyicisi üçün vergi kodu[16] | Bələdiyyənin statistik kodu | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu[17] | İnzibati ərazi vahidinin adı[14] | İƏV statistik kodu[17] |
---|---|---|---|---|---|---|---|
Füzuli rayonunun Yuxarı Kürdmahmudlu bələdiyyəsi | 7500071791 | 7518 | 60620007 | Kürdmahmudlu kənd iəd | 60620005 | Yuxarı Kürdmahmudlu kəndi | 60620028 |