. Love.az

Istanbul Boyukseher Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Istanbul Boyukseher Belediyyesi

İstanbul Böyükşəhər Bələdiyyəsi (türk. İstanbul Büyükşehir Belediyesi, İBB) — İstanbul sərhədlərində bələdiyyə işlərini həyata keçirən ictimai bir təşkilatdır. İstanbul Bələdiyyəsinin mərkəzi Saraçxanada yerləşir. Bələddiyə sədri 27 iyun 2019-cu ildən Əkrəm İmamoğludur.

İstanbul Böyükşəhər Bələdiyyəsi
İBB
İstanbul Büyükşehir Belediyesi
Loqonun şəkli
Fateh ilinin Saraçhanə səmtində yerləşən İstanbul Bələdiyyə Sarayı
Fateh ilinin Saraçhanə səmtində yerləşən İstanbul Bələdiyyə Sarayı
Yaranma tarixi 1855 (169 il əvvəl) (1855)
Mərkəzi İstanbul Bələdiyyə Sarayı, Saraçhanə
Sədr Əkrəm İmamoğlu
27 iyun 2019-cu ildən
ibb.istanbul
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Büdcəsi
  • 3 Səlahiyyət sərhədləri
  • 4 İstinadlar

Tarixi

redaktə

Qalib gəldiyi 31 mart 2019-cu ildəki seçkilərin nəticələrinin ləğvindən sonra 23 iyun 2019-cu ildə keçirilən seçkilərdə Əkrəm İmamoğlu təkrar qalib gəldi və 27 iyun 2019-cu ildə seçki şəhadətnaməsini alaraq bələdiyyə sədri vəzifəsinə başladı.[1] İmamoğlu 19 mart 2025-ci ildə saxlanılmış və 23 mart 2025-ci ildə həbs edilmiş, həmçinin eyni gündə vəzifədən müvəqqəti uzaqlaşdırıldırılmışdır.[2][3][4] 26 mart 2025-ci ildə bələdiyyədə sədr əvəzinin seçilməsi ilə bağlı iclas keçirilmiş və sədrin birinci müavini Nuri Aslan müvəqqəti olaraq sədr səlahiyyətlərinin icraçısı vəzifəsinə seçilmişdir.[5]

Büdcəsi

redaktə

İstanbul Böyükşəhər Bələdiyyəsinin 2019-cu il gəlir təxminləri 20 milyard 600 milyon TL, 2018-ci ildə birləşdirilmiş büdcəsi 42 milyard 600 milyon TL olmuşdur.[6] İBB 2018 İllik hesabata görə İBB-nin ən yüksək gəlirli şirkəti 7.42 milyard TL ilə İGDAŞ oldu.[7]

Səlahiyyət sərhədləri

redaktə

22 iyul 2004-cü ildə rəsmi qəzetdə dərc edilmiş 5216 nömrəli qanunla, şəhər sərhədləri İzmit və İstanbul şəhər bələdiyyələri olmaqla il mülkiyyət sərhədləri şəklində dəyişdirilmişdir.[8]

İstinadlar

redaktə
  1. ↑ "İBB Tarihçe" (PDF). ibb.istanbul. 2021-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 mart 2020.
  2. ↑ https://www.trthaber.com/haber/gundem/ekrem-imamoglu-gorevden-uzaklastirildi-901682.html (#bare_url_missing_title).
  3. ↑ https://haberkibris.com/ibb-baskani-imamoglunun-gecici-tedbir-olarak-gorevinden-uzaklastirildigi-bildirildi-1645-2025-03-23.html (#bare_url_missing_title).
  4. ↑ https://www.ntv.com.tr/turkiye/ekrem-imamogluna-gorevden-uzaklastirma-sisli-belediyesine-kayyum,9_cDusXdsUyzNIm2j9jNSw (#bare_url_missing_title).
  5. ↑ Nuri Aslan İBB'de başkan vekili seçildi
  6. ↑ "İBB Faaliyyet Raporu" (PDF). ibb.istanbul. 2021-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 mart 2020.
  7. ↑ "İstanbul gelir ve çıkarlar" (PDF). ibb.istanbul. 2021-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 mart 2020.
  8. ↑ "İBB Yetki alanları listesi" (PDF). ibb.istanbul. 2021-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 mart 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstanbul_Böyükşəhər_Bələdiyyəsi&oldid=8092689"
LOVE.AZ