Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015).
Şövqi Hüseynov | |
---|---|
Doğum tarixi | 9 avqust 1972(1972-08-09) (52 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Şəbnəm Hüseynova |
Uşağı | Ülvi Hüseynzadə |
Atası | Ərəstun Hüseynov |
Fəaliyyəti | aktyor |
Mükafatları |
![]() |
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 7 may 2020-ci ildə[6], 7 may 2021-ci ildə[7], 10 may 2022-ci ildə[8] və 8 may 2025-ci ildə[9] Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb.[10]
Şövqi Hüseynov 2018-ci ildə İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" tamaşasındakı Aksenti İvanoviç roluna görə, Ən yaxşı kişi rolu nominasiyasında birinci mükafata layiq görülüb.[11]
2016-cı ildə Makedoniyanın Bitola şəhərində keçirilən Beynəlxalq Teatr Festivalının Qran-Pri mükafatına layiq görülüb.
2024-cü ildə "Cəfər Cabbarlı" mükafatına layiq görülmüşdür.[12][13]