Cəfər Cabbarlı mükafatı — mükafat ilk dəfə 1935-ci ildə təsis olunub,[1] Cəfər Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi"nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə bərpa edilib.[2] Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Cəfər Cabbarlı mükafatının ilk baş qalibi "Aydın" tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə olub. "Sevil" operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov "Ən yaxşı kişi obrazı", Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova "Ən yaxşı qadın obrazı" nominasiyasında bu mükafata sahiblənib.[3]
"Cəfər Cabbarlı" mükafatı | |
---|---|
Ölkə | |
Tip | mükafat |
İl | Laureatlar | Səbəb |
---|---|---|
2010[4][5][6] | Salatın Əhmədli | "Heydər Əliyevin dil siyasəti" kitabına və publisistik yazılarına görə |
Fəridə Ləman | Publisistik yazılarına görə | |
Səidə Musabəyli | Publisistik yazılarına görə | |
Qafar Əsgərzadə | Publisistik yazılarına görə | |
Əminə Yusifqızı | Teatr sahəsi üzrə | |
Laləzar Mustafayeva | Teatr sahəsi üzrə | |
İlham Əsgərov | Teatr sahəsi üzrə | |
Yaşar Nuri | Teatr sahəsi üzrə | |
Ramiz Məlikov | Teatr sahəsi üzrə | |
Aydın Kazımzadə | Cəfər Cabbarlı haqqında yazılmış ən yaxşı tədqiqat əsərlərinə görə | |
Həmidə Ömərova | Azərbaycan kinosunda yaratdığı maraqlı obrazlara görə | |
Ələkbər Muradov | Kino sahəsi üzrə | |
Rafiq Əzimov | Kino sahəsi üzrə | |
Sabir Məmmədov | Kino sahəsi üzrə | |
Ramiz Məmmədov | Kino sahəsi üzrə | |
Bəhram Osmanov | Rejissor işinə görə | |
Asif Rüstəmli | Ədəbiyyat və teatr sahəsindəki tədqiqatlara görə | |
Rəhim Əliyev | Ədəbiyyat və teatr sahəsindəki tədqiqatlara görə | |
İlham Rəhimli | Ədəbiyyat və teatr sahəsindəki tədqiqatlara görə | |
Hamlet İsaxanlı | Klassik və çağdaş Azərbaycan poeziyasının təbliğinə, çoxcildli "Azərbaycan Sevgi Poeziyası" kitabının tərtibinə görə | |
Vüqar Camalzadə | Cəfər Cabbarlının şeirinə bəstələnmiş musiqi əsərinə görə | |
Elçin İmanov | Cəfər Cabbarlının şeirinə bəstələnmiş musiqi əsərinə görə | |
2013[7] | Azərpaşa Nemət | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə |
Mərahim Fərzəlibəyov | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə | |
Məhərrəm Bədirzadə | Son illərin uğurlu televiziya tamaşalaına görə | |
Cahangir Zeynallı | Cəfər Cabbarlıya həsr olunmuş "Solmaz bir bahar kimi" bədii- sənədli filminə görə | |
Ramiz Novruz | Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə | |
Hicran Nəsirova | Azərbaycan teatrında yaratdığı maraqlı qadın obrazlarına görə | |
Ağaxan Salmanlı | Azərbaycan teatrında yaratdığı maraqlı obrazlara görə | |
Əjdər Həmidov | Azərbaycan kinosunda yaratdığı maraqlı obrazlara görə | |
Əli Nur | Azərbaycan teatrında yaratdığı maraqlı obrazlara görə | |
Nadir Hüseynov | Azərbaycan incəsənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə | |
Firudin Qurbansoy | Cəfər Cabbarlı ilə bağlı apardığı tədqiqatlara və maraqlı televiziya ssenarilərinə görə | |
Zülfiyyə İsmayılova | Azərbaycan incəsənətinin və Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə | |
Sənan Talıbov | Milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki xidmətlərinə görə | |
2014[8][9] | Ağakişi Kazımov | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə |
Məleykə Əsədova | Azərbaycan teatrında yaratdığı silsilə qadın obrazlarına görə | |
Hacı İsmayılov | Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə | |
İlqar Fəhmi | Kino yaradıcılığı sahəsindəki xidmətlərinə görə | |
Səidə Quliyeva | Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə | |
Himalay Qasımov | Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə | |
Tahirə Məmməd | Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə | |
Fikrət Rzayev | Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə | |
Gülşən Əliyeva-Kəngərli | Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə | |
Zemfira Kürdəxanlı | Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında hazırladığı silsilə televiziya verilişlərinə görə | |
Zərəngiz Dəmirçi-Qayalı | Jurnalistika sahəsindəki xidmətlərinə görə | |
Mirəhməd Əsgərov | Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə | |
Səriyyə İsmayılova | Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə | |
2015[10] | Elçin | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə |
Oqtay Mirqasımov | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə | |
Zərnigar Ağakişiyeva | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə | |
Məryəm Əlizadə | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə | |
Ercan Alkaya | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə | |
Elman Quliyev | 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə | |
2016[11][12][13][14][15][16][17] | Nəriman Həsənzadə | Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə görə |
Fuad Poladov[18][19] | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə | |
Rauf Sadıxov | Cəfər Cabbarlı ədəbi irsinin tədqiqindəki xidmətlərinə görə | |
Mələkxanım Əyyubova | Azərbaycan milli musiqisinin və C.Cabbarlı yaradıcılığının təbliğindəki xidmətlərinə görə | |
Sadıq İbrahimov-Elcanlı | Çağdaş Azərbaycan televiziya publisistikasının inkişafındakı xidmətlərinə görə | |
Gültəkin Mirqasımova | Cəfər Cabbarlı abidəsinin uğurlu yaradılmasında göstərdiyi mənəvi dəstəyə görə | |
Eldost Bayram | Cəfər Cabbarlı yaradıcılığının təbliğindəki xidmətlərinə görə | |
2017[20][21] | Flora Xəlilzadə | Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə |
Rafiq Hacıyev | Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə | |
Cümşüd Muradov | Ədəbiyyatşünaslıq sahəsində xidmətlərinə görə | |
Nazir Rüstəmov | Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə | |
Mirzə Ağabəyli | Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə | |
Azərpaşa Nemət | Ən yaxşı teatr tamaşasına görə ("Almaz" tamaşası) | |
Nurəddin Mehdixanlı | "Almaz" tamaşasındakı uğurlu ifasına görə | |
Firəngiz Mütəllimova | "Almaz" tamaşasındakı uğurlu ifasına görə | |
Kazım Abdullayev | "Almaz" tamaşasındakı uğurlu ifasına görə | |
Məsmə Aslanqızı | "Almaz" tamaşasındakı uğurlu ifasına görə | |
Ayşad Məmmədov[22] | "Almaz" tamaşasındakı uğurlu ifasına görə | |
İlham Elxanoğlu | "Almaz" tamaşasındakı uğurlu fəaliyyətinə görə | |
2018[23][24] | Qəzənfər Paşayev | Ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə |
Şəfiqə Məmmədova | Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə | |
İradə Tuncay | Jurnalistika sahəsindəki xidmətlərinə görə | |
Hafiz Quliyev | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə | |
2019[25] | Seda Arıkan | Cəfər Cabbarlının hekayələri əsasında yazdığı "Aynaya yansı(ma)yanlar" monoqrafiyasına görə |
Rasim Balayev | Azərbaycan kino və teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Aydın" tamaşasında canlandırdığı Dövlət bəy obrazına görə | |
Bəhram Osmanov | "Ulduz" əsərinin uğurlu rejissor işinə görə | |
Bəsti Cəfərova | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Solğun çiçəklər" tamaşasında Pəri obrazına görə | |
Firdovsi Atakişiyev | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə | |
Bahar Abdullayeva | Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Oqtay Eloğlu" tamaşasında canlandırdığı Firəngiz obrazına görə | |
Kərim Tahirov | Kitab mədəniyyətinin təbliği sahəsindəki xidmətlərinə görə | |
Niyaz Eyvazov | Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə | |
2024[26] | İsa Həbibbəyli | |
İsmayıl Məmmədli | ||
İsrafil İsrafilov | ||
Mirzə Maşov | ||
Nəriman Əbdülrəhmanlı | ||
Kənan Hacı | ||
Ağasəfa Yəhyayev | ||
Şövqi Hüseynov | ||
Simuzər Ağakişiyeva | ||
İman Məcidov |