Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana.
Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır[1][2].
Şamaxı Astrofizika Rəsədxanası | |
---|---|
| |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yaradılma tarixi | 1959 |
Ünvan | Azərbaycan Respublikası, Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi |
Rəhbərlik | |
Rəhbər | Namiq Cəlilov |
Birinci müavin | Nəriman İsmayılov |
|
|
Rəsmi saytı | shao.az |
![]() |
Şamaxı Astrofizika Rəsədxanası | |
---|---|
![]() | |
![]() | |
Şərəfinə adllandırılıb | Nəsirəddin Tusi |
Hündürlüyü | 1.500 m, 1.435 m |
Teleskoplar | |
shao.az | |
![]() |
Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir.
Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir. Onun təşkilatçılığı və rəhbərliyi altında 1953–1959-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılmışdır. Bundan başqa, ŞAR-n yaranmasında və inkişafında görkəmli alimlər M. M. Əliyev, Y. H. Məmmədəliyev, H. M. Abdullayev, R. E. Hüseynov, H. C. Məmmədbəyli və b. böyük rolu olmuşdur. Elmi kadrların hazırlanmasında Lomonosov adına Moskva Dövlət Universitetinin, Leninqrad Dövlət Universitetinin, Rusiya EA Pulkovo rəsədxanasının, Rusiya EA Krım rəsədxanasının (V. A. Krat, V. V. Sobolev, O. A. Melnikov, A. M. Boyarçuk, İ. M. Kopılov və b.), Rusiya EA Yer Maqnetizmi, İonosferi və Radiodalğaların yayılması institutunun (İZMİRAN) əməkdaşlarının əməyi xüsusi qeyd olunmalıdır.
Pirqulu Astronomiya Stansiyasında 1957-ci ildə ilk teleskop — Xromosfer-Fotosfer Günəş teleskopu qurulmuşdur. 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilmiş və onun vasitəsilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapmışdır. Sonrakı illərdə: Üfüqi Günəş teleskopu (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), "Zeiss-600" (1980) teleskopu istifadəyə verilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının təchizatında güzgüsünün diametri 2 m olan teleskopun alınması və 1966-cı ilin sentyabrında istifadəyə verilməsi, xüsusi əhəmiyyət kəsb edir. Almaniya Demokratik Respublikasının "Carl Zeiss" firmasında istehsal olunmuş bu teleskop keçmiş SSRİ ərazisində apertura ölçüsünə görə REA Krım Astrofizika Rəsədxanasında və Ermənistan EA Bürakan Astrofizika Rəsədxanasında qurulmuş iki eyni 2.6 m-lik Rusiya istehsalı teleskoplardan sonra 3-cü yerdədir. Azərbaycan eksperimental elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında Azərbaycan EA-nın keçmiş prezidenti, akademik Yusif Məmmədəliyevin, Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olmuşdur.
1960–1980-ci illərdə ŞAR-da müntəzəm şəkildə astrofiziki müşahidələr təşkil olunmuşdur. Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Həmin kafedra astronomiya sahəsində ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilmişdir. 1973-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Batabat Bölməsi ŞAR ilə birləşdirildi. NM Respublikasının ərazisində sovetlər dönəmində fəaliyyət göstərmiş və müstəqillikdən sonra Azərbaycan Dövlətinin mülkiyyətinə verilmiş REA Ağdərə Müşahidə Stansiyası da 1997-ci ildə ŞAR-ın tabeliyinə verildi. Ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamındam sonra Batabat Astrofizika Rəsədxanası Ağdərə Müşahidə Stansiyası ilə birlikdə Azərbaycan MEA Naxçıvan Bölməsinin tərkibinə keçirildı və indi sərbəst rəsədxana kimi fəaliyyət göstərir.
2009–2013-cü illərdə Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında yenidənqurma işləri aparılmışdır. Rəsədxananın inzibatı binası və teleskoplar əsaslı təmir olunmuş, 72 mənzilli iki beşmərtəbəli bina və kotteclərdən ibarət yeni yaşayış kompleksi, tibbi məntəqə, yeməkxana və uşaq bağçası astronomların və qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Şamaxı Astrofizika Rəsədxanasının Bakı Şəhər Bölməsi (BŞB) fəaliyyət göstərir. Burada müşahidə materiallarının işlənməsi, təhlili aparılır, nəzəri astrofizika sahəsində tədqiqatlar həyata keçirilir. BŞB rəsədxananın fəaliyyətinin koordinasiyasında və AMEA-nın digər strukturları və elmi-tədqiqat institutları, habelə şəhərdəki universitetlərlə qarşılıqlı əlaqələrində də xüsusi əhəmiyyət kəsb edir. Burada həm də dissertasiya müdafiələri, müntəzəm elmi seminarlar keçirilir, rəsədxananın elmi jurnalları yığılır və onun rəsmi Veb-saytı idarə olunur[1] .
2 m teleskop aşağıdakı işıq qəbuledicilərinə malikdir:
Günəş fizikası- aktivliyi, atmosferi, Günəş-Yer əlaqələri mexanizmləri
Cavan ulduzlar, ifratnəhənglər, Volf-Raye, simbiotik, maqnit ulduzlar
Günəş sistemi cisimləri-planetlər, komet və asteroidlər
Aktiv nüvəli qalaktikalar, kvazarlar
Nəzəri astrofizika və kosmologiyanın bəzi problemləri
Azərbaycan Astronomiya Jurnalı (İngilis dilində) [1]
Vikianbarda Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqəli mediafayllar var. |