. Love.az

Ehed Kerimov - Wikipedia - Love.az

Ana Səhifə - Ehed Kerimov

Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, DQMV – 2006 və ya 2007) — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan SSR Ali Soveti sədrinin müavini, Azərbaycan Kommunist Partiyası Şuşa (1975–1980), Laçın Rayon (1980–1981), Ucar Rayon (1981–1985) və Bərdə Rayon (1985–1990) komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.

Əhəd Kərimov
Azərbaycan SSR Ali Soveti sədrinin müavini
13 noyabr 1987 –  
SədrSüleyman Rüstəmzadə
Elmira Qafarova
Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibi
14 dekabr 1985 – 1990
ƏvvəlkiRüstəm Səfərəliyev
SonrakıYusif Allahverdiyev
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi
oktyabr 1981 – dekabr 1985
Sonrakıİrşad Əliyev
Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi
yanvar 1980 – oktyabr 1981
ƏvvəlkiMuradxan Cabbarov
SonrakıYaqub Məmmədov
Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi
13 dekabr 1975 – 15 yanvar 1980
ƏvvəlkiQəşəm Aslanov
SonrakıNiyaz Hacıyev
Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
iyun 1975 – dekabr 1975
Şəxsi məlumatlar
Doğum tarixi 1940
Doğum yeri
  • Umudlu, Mardakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2006 və ya 2007
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1960–1991)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Əhəd Əli oğlu Kərimov 1940-cı ildə hazırkı Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Çapar kənd orta məktəbini bitirdikdən sonra 3 il kolxozda işləmiş, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Burada ikinci kursda oxuyarkən oxuduğu orta məktəbin Azərbaycan bölməsində müəllim işləmiş, bir ildən sonra əyani təhsilə keçərək əvvəlcə fakültə, sonuncu kursda isə universitetin komsomol təşkilatının katibi olmuşdur. Təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutuna göndərilmiş, öz istəyi ilə Mərdəkandakı çətin tərbiyə olunan uşaqlar üçün açılmış xüsusi internat-məktəbdə bir il tərbiyəçi, üç il yarım isə direktorun tərbiyə işlər üzrə müavini işləmişdir.[1]

Azərbaycan Pedaqoji İnstitutunun Xankəndidə filialı açılan zaman burada müəllim ştatı üçün keçirilən müsabiqədə iştirak etmiş və 1970-ci ildə institutun komsomol təşkilatının katibi seçilmişdir. 1971-ci il noyabrayında Azərbaycan LKGİ Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin ikinci katibi seçilmiş, 1975-ci ilin iyununda Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, həmin ilin dekabr ayında isə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi vəzifələrinə irəli çəkilmişdir.[1]

1980-ci ilin yanvar ayında Əhəd Kərimov Azərbaycan KP Laçın Rayon Komitəsinin, 1981-ci ilin oktyabr ayında Ucar Rayon Komitəsinin, 1985-ci ilin dekabr ayında isə Bərdə Rayon Komitəsinin birinci katibi işləmişdir. Paralel olaraq 1987-ci ilin noyabr ayında Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.

Əhəd Kərimov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.

Əhəd Kərimov 67 yaşında vəfat etmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Məhərrəmov, Z. Sözün yaddaşı əbədidir. Bakı: Günəş. 2003. səh. 34–44.
  2. ↑ Aqil Abbas. Əhəd Kərimovun ruhuna. Arxivləşdirilib 2022-02-21 at the Wayback Machine — adalet.az, 2008-08-03
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhəd_Kərimov&oldid=8151653"
LOVE.AZ