Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (may 2025) |
Əlizadə Əli Oqtay oğlu (1984, Bakı) — Teatr və kino aktyoru.[1]
Əli Əlizadə | |
---|---|
Doğum tarixi | 1984 |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili |
1984-cü ildə Bakıda doğulub. 2001-ci ildə 42 saylı məktəbi, 2006-cı ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
2005–2016-cı illərdə Azərbaycan Dövlət Pantomima teatrında aktyor kimi çalışıb. Teatrın "Zibillik pərvanələri", "Eşq" "Dəli Domrul" (Dədə Qorqud), "Tıq Tıq xanım" (Nəqlçi) "Qaranlıq"(Kabus) " Dulusçu" (Mim), "Pantomima buketi", ""No comment" "Ora Bura" " Həqiqətmi" " Son ştrix" "Hamlet" (Hamlet) kimi tamaşalarında müxtəlif rollarda oynayıb.
2015-ci ildən Rebus müstəqil teatrının aktyorudur.
2019-cu ildə Rusiyanın Moskva şəhərində Yay aktyorluq məktəbində iştirak edib və Rusiya Teatr xadimləri ittifaqının diplomunu alıb.
2023-cü ildən Pantomim teatrında çalışır.
Qoqolun Şinel povesti əsasında Ceyhun Dadaşovun hazırladığı "Şİnel" pantomim plastik tamaşasında oynayıb.
2024-cü ildə Romeo və Cülyetta plastik tamaşasında Romeo rolunu oynayıb