. Love.az

Badimcan Dolmasi - Wikipedia - Love.az

Ana Səhifə - Badimcan Dolmasi

Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Badımcan dolması
Aid olduğu milli mətbəxlər
Azərbaycan mətbəxi
Müəllif Azərbaycanlılar
Təfərrüatları
Tipi Dolma
Digər mətbəxlərdə
Digər mətbəxlərdə

  • Yarpaq dolması
  • Pip dolması
  • Göbələk dolması
  • Əvəlik dolması
  • Heyva dolması
  • Alma dolması
  • Balıq dolması
  • Kələm dolması

Mündəricat

  • 1 Lazım olan ərzaqlar
  • 2 Hazırlanma qaydası
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Lazım olan ərzaqlar

redaktə
  • qoyun əti – 163 q,
  • badımcan – 300 q,
  • baş soğan – 20 q,
  • ərinmiş yağ – 20 q,
  • pomidor – 50 q,
  • göyərti (reyhan, keşniş) – 15 q,
  • darçın – 0,2 q,
  • qatıq – 50 q,
  • istiot −0,1 q, duz.

Hazırlanma qaydası

redaktə
 
Poçt markası (2005)

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

Mənbə

redaktə
  • http://www.mct.gov.az/?/az/metbex/2145/75
  • http://1001dad.com/badimcan-dolmasi/ Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Dolma
  • Yarpaq dolması
  • Pomidor dolması
  • Bibər dolması
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Badımcan_dolması&oldid=7151828"
LOVE.AZ