Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
Bayramlı | |
---|---|
40°54′48″ şm. e. 45°40′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.[4]
Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1796 | Daş qutusu nekropolu[5] | E.ə. VIII–VII əsrlər | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
1797 | Küp qəbirləri nekropolu[6] | E.ə. II minillik-e. II əsr | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
1798 | Yaşayış yeri[7] | Son tunc dövrü | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | 2484 | 1188 | 1296 |
2009[9] | ↗2744 | ↗1360 | ↗1384 |
Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.[10]
Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.[13]