Bungo Stray Dogs (文豪ストレイドッグス, Bungō Sutorei Doggusu?, azərb. Ədəbi küçə itləri) — 2012-ci ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 26 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır.
Bungo Stray Dogs | |
![]() Birinci cildin üzlüyü. | |
文豪ストレイドッグス (Bungō Sutorei Doggusu) azərb. Ədəbi küçə itləri | |
---|---|
Janr | döyüş, müəmma, fövqəltəbii |
Manqa | |
Yazıçı | Kafka Asaqiri |
Rəssam | Sanqo Harukava |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Young Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 4 dekabr 2012 – hazırda |
Cildlər | 26 (cild siyahısı) |
Manqa | |
Manqaka | Kafka Asaqiri |
Rəssam | Sanqo Harukava |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 1 aprel 2014 – hazırda |
Cildlər | 8 |
Anime | |
Rejissor | Takuya İqaraşi |
Ssenarist | Yoci Enokido |
Bəstəkar | Taku İvasaki |
Studiya | Bones |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, TVS, CTC, tvk, GBS, MTV, SUN, TVQ, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 7 aprel 2016 – hazırda |
Seriyalar | 24 + OVA (seriya siyahısı) |
Anime | |
Bungo Stray Dogs: Dead Apple | |
Rejissor | Takuya İqaraşi |
Ssenarist | Yoci Enokido Kafka Asaqiri |
Bəstəkar | Taku İvasaki |
Studiya | Bones |
![]() |
Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
Hadisələr Yaponiyanın Yokohama şəhərində xüsusi güclərə malik olan şəxslər ətrafında cərəyan edir. Bu "bacarıqlılar" güclərindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Hekayənin mərkəzində bacarıqlılar tərəfindən qurulmuş, cinayətlə mübarizə aparan Silahlı Detektiv Agentliyi və cinayətkar bacarıqlılardan təşkil olunmuş Liman mafiyası dayanır. Silahlı Detektiv Agentliyi və Liman mafiyası arasındakı mübarizədən bəhs edilir.
Manqadakı bir çox personaj məşhur yazıçıların şərəfinə adlandırılmışdır: Rünoske Akutaqava, Osamu Dazai, Atsuşi Nakacima, Fyodor Dostoyevski, Ranpo Edoqava, Kenji Miyazava, Doppo Kunikida, Akiko Yosano və s.
Kafka Asaqiri və Sanqo Harukava manqanı 2012-ci ildən Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr etdirirlər. 2025-ci ilə kimi 26 cildi buraxılmışdır. Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Kafka Asaqiri və Sayaqo Harukava manqa əsasında ranobe adaptasiyası hazırlamışdırlar. Onlar Yukito Ayatsuci və Natsuhiko Kyoqokudan bəhs edən spin-off da yazmışdırlar. Ranobe Kadokawa Shoten tərəfindən nəşr olunmuşdur.
8 iyul 2018-ci ildə Anime Expo tədbirində Yen Press ranobeni lisenziyalaşdırmışdır.
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 1 aprel 2014[61] | ISBN 978-4-04-101312-0 |
2 | 1 avqust 2014[62] | ISBN 978-4-04-101713-5 |
3 | 1 may 2015[63] | ISBN 978-4-04-102332-7 |
Qayden | 30 yanvar 2016[64] | ISBN 978-4-04-103730-0 |
4 | 1 oktyabr 2016[65] | ISBN 978-4-04-104049-2 |
5 | 3 mart 2018[66] | ISBN 978-4-04-106535-8 |
6 | 1 aprel 2019[67] | ISBN 978-4-04-107570-8 |
7 | 1 avqust 2019[68] | ISBN 978-4-04-107879-2 |
8 | 27 fevral 2021[69] | ISBN 978-4-04-108517-2 |
Bones studiyası tərəfindən Takuya İqaraşinin rejissorluğu və Yoci Enokidonun ssenaristliyi ilə anime adaptasiyası istehsal olunmuşdur. Nobuhiro Aray və Hiroşu Kanno animasiya rejissorları olmuşdurlar. Kanno Ryo Hirata ilə personaj dizayneri olmuşdur. Taku İvasaki bəstəkar olmuşdur. Yumiko Kando art-direktor, Yukari Koto rəng rejissoru, Şiqeru Nişiyama montajçı olmuşdur.[70] Açılış mahnısı Granrodeo tərəfindən ifa olunan "Trash Candy",[71][72] bağlanış mahnısı Luck Life tərəfindən ifa olunan "Namae o Yobu yo" (名前を呼ぶよ?) mahnısı olmuşdur.[73]
Serial iki hissəyə bölünmüşdür. İlk 12 seriya 7 aprel 2016-cı ildən 23 iyun 2016-cı ilə kimi yayımlanmışdır.[72] İkinci hissə isə 6 oktyabr 2016-cı ildən 22 dekabr 2016-cı ilə kimi yayımlanmışdır.[72][74] Anime Crunchyroll tərəfindən lisenziyalaşdırılmışdır.[75] İkinci hissənin açılış mahnısı Screen Mode tərəfindən ifa olunan "Living Reason" mahnısı, bağlanış mahnısı isə Luck Life tərəfindən ifa olunan "Kaze ga Fuku Machi" (風が吹く街?) mahnısı olmuşdur.
21 iyul 2018-ci ildə anime serialının 3-cü mövsümü anons edilmişdir.[76]
31 avqust 2017-ci ildə manqanın 13-cü cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.[77][78]
Anime Şimali Amerikada Crunchyroll tərəfindən, Böyük Britaniyada Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.[79][80]
19 fevral 2017-ci ildə Mayo(w)i Inu-tachi no Utage Sono Ni tədbirində anime filmi anons edilmişdir.[81] "Bungo Stray Dogs: Dead Apple"[82] adlı anime filmi 3 mart 2018-ci ildə ekranlaşdırılmışdır.[83] Seyyular və istehsalçı heyət dəyişməmişdir.
№ | Orijinal başlıq[a] Orijinal yaponca başlıq[84] |
Orijinal yayım tarixi[85] |
---|---|---|
1 | "Tale gözlənilməz və qeyri-sabitdir" "Jinsei Banji Saiō ga Tora" (人生万事塞翁が虎) | 7 aprel 2016 |
2 | "Müəyyən bomba" "Aru Bakudan" (或る爆弾) | 14 aprel 2016 |
3 | "Yokohama qanqster cənnəti" "Yokohama Gyangusuta Paradaisu" (ヨコハマ ギャングスタア パラダヰス) | 21 aprel 2016 |
4 | "Fatalistin faciəsi" "Unmeironsha no Himi" (運命論者の悲み) | 28 aprel 2016 |
5 | "D küçəsində qətl" | 5 may 2016 |
6 | "Göy xəbərçi" "Ao no Shito" (蒼の使徒) | 12 may 2016 |
7 | "İdeallar adlı xəstəlik sevgisi" "Risō to Iu Yamai wo Aisu" (理想という病を愛す) | 19 may 2016 |
8 | "Öldürməyi öyrətmək; Daha sonra ölmək" "Hito wo Koroshite Shine yo tote" (人を殺して死ねよとて) | 26 may 2016 |
9 | "Gözəllik daş heykəl kimi sakitdir" "Utsukushiki Hito wa Sabi to Shite Sekizō no Gotoku" (うつくしき人は寂として石像の如く) | 2 iyun 2016 |
10 | "Raşomon və Pələng" "Rashōmon to Tora" (羅生門と虎) | 9 iyun 2016 |
11 | "Birincisi, ona uyğun olmayan bir peşə. İkincisi, Özündən çıxmış Detektiv Agentliyi" "Sono Ichi, 'Kanojo ni Mukanai Shokugyō'. Sono Ni, 'Uchōten Tanteisha'" (其の一『彼女には向かない職業』。 其の二『有頂天探偵社』) | 16 iyun 2016 |
12 | "Darfikirli arxa dayanmadan keçmişə qayıdır" "Taemanaku Kako e Oshimodosare nagara" (たえまなく過去へ押し戻されながら) | 23 iyun 2016 |
13 | "Qaranlıq dövr" "Kuro no Jidai" (黒の時代) | 6 oktyabr 2016 |
14 | "Qayıtmağa yer yoxdur" "Modorenai Basho" (戻れない場所) | 13 oktyabr 2016 |
15 | "Okeanı görməyin mümkün olduğu otaq" "Itsuka Umi no Mieru Heya de" (いつか海の見える部屋で) | 20 oktyabr 2016 |
16 | "Ədəbi küçə itləri" "Bungō Sutorei Doggusu" (文豪ストレイドッグス) | 27 oktyabr 2016 |
17 | "Üç şirkət münaqişəsi" "San Shakyōgō" (社競合) | 3 noyabr 2016 |
18 | "Münaqişə strategiyası" "Funsō no Senryaku" (紛争の戦略) | 10 noyabr 2016 |
19 | "Maqnat vəhşiliyi" "Wiru Obu Taikūn" (ウィル・オブ・タイクーン) | 17 noyabr 2016 |
20 | "Zehn zəhv ola bilər" "Atama wa Machigau Koto ga Atte mo" (頭は間違うことがあっても) | 24 noyabr 2016 |
21 | "İkiqat qara" "Sōtsu no Kuro" (双つの黒) | 1 dekabr 2016 |
22 | "Hissə I: Poe və Rampo / Hissə 2: Mobi Dik, Göydə üzən" "Sono Ichi: Poo to Ranpo / Sono Ni: Ten no Umi o Yuku Shiro Kujira no Ari te" (其の一『ポオと乱歩』/ 其の二『天の海をゆく白鯨のありて』) | 8 dekabr 2016 |
23 | "Raşomon, Pələng və Sonuncu imperator" "Rashōmon to Tora to Saigo no Taikun" (羅生門と虎と最後の大君) | 15 dekabr 2016 |
24 | "Əgər indi yükümdən qurtula bilsəm" "Moshi Kyō Kono Nimotsu o Oroshi te Yoi no nara" (若し今日この荷物を降ろして善いのなら) | 22 dekabr 2016 |
25 (OVA) | "O tək gəzir" "Hitori Ayumu" (ひとりあゆむ) | 4 avqust 2017 |
iOS və Android platformaları üçün "Bungo Stray Dogs Mayoi Inu Kaikitan" adlı videooyun buraxılacaq.[86] Oyun anime serialında görünməyən personajlar üçün nəzərdə tutulub.[87]