Dünya uzunömürlüləri — Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 illə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar[1]. Kişilərin orta ömrü qadınlara nisbətən 5–6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il orta ömürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur. Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir. Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. Almaniya və İtaliyada yaşı 65 və daha yuxarı olan insanlar əhalinin hər yüz nəfərindən 21-ni təşkil edir. Bolqarıstan, Portuqaliya, İsveç və Yunanıstanda bu göstərici yüzdə 19, Finlandiya, Avstriya, Belçika, Estoniya və İspaniyada isə yüzdə 18-dir. Çində hər yüz nəfərdən 9-nun yaşı 65 və daha yuxarıdır. Hindistanda hər yüz nəfərdən cəmi 5-i 65 il və bundan yuxarı ömür sürür[2].
Araşdırmalar nəticəsində dünyanın ən uzunömürlü insanının 253 il yaşadığı məlumdur[3].