. Love.az

Dizezine Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Dizezine Dagi

Dizəzinə dağı – Babək rayonu ərazisində dağ (hünd. 1091,4 m).

Dizəzinə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1091,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Babək

Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı zirvəsindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli Əshabi-Kəhf ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 1,4 km cənub-şərqdə yerləşən alçaq tirənin suayırıcında yastı yüksəklik.

Alt Miosenin Sakaraul mərtəbəsinə aid Qızılboğaz lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvəsindən və cənub-qərb yamacından şimal-qərb istiqamətli fay qırılmaları keçir.[1]

Həmçinin bax:

redaktə
  • Bağırsaq dağı
  • Alçalan dağı
  • Ardıc dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dizəzinə_dağı&oldid=6995357"
LOVE.AZ