. Love.az

Eldar Xelilov - Wikipedia - Love.az

Ana Səhifə - Eldar Xelilov

Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 19 avqust 1976(1976-08-19)
Doğum yeri
  • Zəngilər, Zəngibasar rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (18 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Hərbi xidməti
    • 2.1 Mart hadisələri
  • 3 Təltifləri
  • 4 İrsi
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.

1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki–peşə məktəbini bitirmişdir.

Subay idi.

Hərbi xidməti

redaktə

29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır.

Mart hadisələri

redaktə

1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir.

Təltifləri

redaktə
  • Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İrsi

redaktə

Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 132.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Xəlilov Eldar Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Eldar Xəlilov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldar_Xəlilov&oldid=7911482"
LOVE.AZ