. Love.az

Elnur Nuriyev - Wikipedia - Love.az

Ana Səhifə - Elnur Nuriyev

Elnur Eyvaz oğlu Nuriyev (22 avqust 1975, Cahangirbəyli, Zəngilan rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 1994-cü il 4 oktyabr hadisələri şəhidi.

Elnur Nuriyev
Elnur Eyvaz oğlu Nuriyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 avqust 1975
Doğum yeri
  • Cahangirbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 oktyabr 1994 (19 yaşında)
Vəfat yeri Gəncə şəhəri, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Kürdəmir Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
Rütbəsi çavuş
Döyüşlər Birinci Qarabağ müharibəsi
Azərbaycanda dövlət çevrilişinə cəhd (1994)
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır.[1] 1982–1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Döyüşlərdə iştirakı

redaktə

Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu. 1994-cü il 4-5 oktyabr hadisələri zamanı onu Gəncəyə göndərdilər. Dövlət çevirilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elnur döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Kürdəmir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

İstinadlar

redaktə
  1. ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 378. ISBN 978-9952-8032-5-9.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 233.

Xarici keçidlər

redaktə
  • Nuriyev Elnur Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Elnur Nuriyev Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elnur_Nuriyev&oldid=7907405"
LOVE.AZ