Görüş — rejissor Tofiq Tağızadənin filmi[1] Azərbaycan filmi.[2]. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
Görüş | |
---|---|
Fayl:Görüş (film, 1955).jpg | |
Janr |
dram komediya məhəbbət |
Rejissor | Tofiq Tağızadə |
Ssenari müəllifləri |
Ədhəm Qulubəyov Nina Mustafayeva |
Baş rollarda |
Arif Mirzəquliyev — Kamil Nelli Ataullayeva — Lala Leyla Bədirbəyli — Bilqeyis Həsənağa Salayev — Musa Münəvvər Kələntərli — Münəvvər Əliağa Ağayev — Şıxəli Ağahüseyn Cavadov — Əbülfəz Barat Şəkinskaya — Şövkət |
Operatorlar |
Teyyub Axundov Cavanşir Məmmədov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar |
Cəbrayıl Əzimov Elbəy Rzaquliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 3 fevral 1956 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71,5 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1955 |
Texniki məlumatlar |
8 hissə 2028 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1573830 |
Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.
Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.[4]
Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.[5]
Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir.
Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir.
Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir.