az.-əski. کیچیک چیلله | |
![]() | |
Daxil olan dövrlər | 3 kiçik çillə |
Keçirilən mərasimlər |
|
Əvvəlki dövr | Böyük Çillə |
Sonrakı dövr | Boz ay |
Digər adları | qışın oğlan çağı, qışın zəlo-zəlo vaxtı, girəvəli qış |
Müddəti | 1-20 fevral |
Qidalar | qovut |
Milli qeydiyyat nömrəsi | DB0204010004[1] |
Kiçik Çillə (az.-əski. کیچیک چیلله) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir.
Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir.[2]
Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir.[3] Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür.[4]
Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir. Qovrulmuş buğdadan qovut hazırlanır, günəşi və yazı simvolizə etməsi üçün yumurtalar qırmızı və yaşıl rənglərə boyanır. Xıdır Nəbi bayramında qovut və yumurta görünməyən yerə qoyulur ki, Xıdır Nəbi gecə gəlib əlini qovuta bassın və beləliklə də evə bərəkət gəlsin. Süfrə açılması, təndir bişirilməsi və nişanlı qızlara pay aparılması da bu dövrün adətlərindəndir.[3]
Kiçik Çillə öz dövrünün axırında tufan qoparır. Bu müddət keçəndən sonra hamı sevinir. Kiçik Çillənin soyuğu və küləkləri qışın özündən 1 ay sonra da davam edir. Kiçik Çillə bir dəfə Böyük Çilləyə deyib ki, əgər onun ömrünə sahib olsa idi, gəlinlərin əllərini xəmir təknəsində, atların balalarını qarınlarında dondurardı.[3] Bu ayın bitməsi ilə qış qurtarır.[3]
Qışın çillələri başa çatandan, yazın gəlişinə qədərki dövrdə təzə evlənənlərin otağını bəzəmək üçün və gərdəklik üçün toxunulan xalçaya "çillə şəddəsi" deyirlər.[5]