. Love.az

Mucahid Ibn Cebr - Wikipedia - Love.az

Ana Səhifə - Mucahid Ibn Cebr

Əbül-Həccac Mücahid ibn Cəbr əl-Məkki əl-Məhzumi (ərəb. مجاهد بن جبر‎; 642, Məkkə – 722[1], Məkkə) — tabiin nəslinin ən qabaqcıl təfsir alimi.[2][3]

Mücahid ibn Cəbr
ərəb. مجاهد بن جبر‎
Doğum tarixi 642
Doğum yeri
  • Məkkə, Raşidi xilafəti
Vəfat tarixi 722[1]
Vəfat yeri
  • Məkkə, Əməvilər xilafəti
Elm sahələri təfsir, fiqh, qiraət
Tanınmış yetirmələri Əyyub əs-Sixtiyani

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Haqqındakı fikirlər
  • 3 Metodikası
  • 4 Əsərləri
  • 5 İstinadlar

Bioqrafiyası

redaktə

Hicri 21-ci ildə (642) Məkkədə doğulub. Qeys ibn Saibin mövlası olub.[3] Quran haqqında ilk biliklərini Qeysdən alıb və səhabələrin ən görkəmliləri ilə görüşüb. Başda təfsir olmaqla hədis və fiqh kimi sahələrdə Abdullah ibn Məsud, Əli ibn Əbu Talib, Səd ibn Əbu Vəqqas, Əbu Hüreyrə, Aişə, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyrdən faydalanıb; Abdullah ibn Abbasa Quranı 30 dəfə xətm edib. Yenə onunla birlikdə Quranı bütünlükdə 3 dəfə təfsir edib. İbn Abbasın ölümündən sonra Məkkədə təfsir mətkəbinin ən qabaqcıl nümayəbdəsi olaraq onun yerinə təfsir dərsləri verməyə başlayıb. İkrimə əl-Bərbəri, Əta ibn Əbu Rəbah, Qətadə, Amr ibn Dinar və Əməş ondan faydalanıb. Yeddi qiraət imamlarından Əbu Mabəd ibn Kəsir ilə Əbu Amr ibn Əla ondan qiraət səhasində biliklər alıblar. Mücahid eyni zamanda Quranda nəql olunan hadisələri və bu hadisələrin baş verdiyi yerleri araşdırıb: Harut və Marutu araşdırmaq üçün Babilə, Bərhud quyusunu görmək üçün isə Hədramuta gedib.[4][5] Həyatının böyük bir hissəsini Quranın daha yaxşı anlaşılması üçün apardığı tədqiqatlara həsr edib. İnsanlar ondan fətva soruşub. Məkkədəki tabiin müfəssirlərinin ən qocamanı olara 82 yaşında vəfat edib.

Haqqındakı fikirlər

redaktə

Süfyan əs-Səvri, Mücahidin dolğun təfsir biliklərinə malik, etibarlı bir müfəssir olduğunu söyləmişdir. Qətadə, onu "dövrünün təfsiri ən yaxşı bilən şəxsi" adlandırmışdır. Şafii və Buxari də Mücahidin təfsirlərinə güvənmiş, onun fikirlərinə kitablarında yer vermişlər. İbn Sad və İbn Hibban onun hədis rəvayətində "siqa", şəxsi həyatında müttəqi, alim və fəqih adlandırmışlar. Nəvəvi, Zəhəbi və İbn Həcər əl-Əsqalani isə onun təfsirdə qabaqcıl bir şəxsiyyət olduğunu vurğulamışlar.[2]

Metodikası

redaktə

Abdullah ibn Abbasdan öyrəndiyi təfsiri yazan Mücahid, öz təbələlərinə də eyni metodu tətbiq etdirmiş və etdiyi təfsirləri onlara yazdırmışdır. Dövrümüzə gəlib çatmış Mücahid təfsirlərinin onun tələbələri tərəfindən yazıldığı güman edilir. Ondan təfsir rəvayət edən alimlərin ən tanınmışları Abdullah ibn Əbu Nəcih, Əməş və İbn Cüreycdir. Onun təfsirde metodu Quranı Quranla və ardınca sünnə ilə təfsir etməkdən ibarətdir. Cahiliyə dövrü poeziyasından, əsbabi-nüzuldən və İsrailiyyatdan çoxlu faydalanmışdır. Lakin İsrailiyyat məsələsində tənqid edilmişdir. Bununla birlikdə təfsirində ağla geniş yer vermiş, bu məsələdə onu tənqid edənlərə, "mən təfsir haqqındakı fikirlərimi Peyğəmbərin onlarla səhabəsindən öyrəndim" deyərək cavab vermişdir.

Mücahid bəzi ayələrdən fiqhi hökümlər də çıxarmışdır: cümə namazı haqqında "namaz qılındıqdan sonra yer üzünə dağlışın və Allahın lütfündən qismətinizi axtarın arayın. Allahı çox xatırlayın ki, nicat tapasınız" ayəsindən zaval vaxtından cümə namazının sonuna qədər olan vaxt ərzində ticarətlə məşğul olmağın və işləməyin leqal olmadığı nəticəsini çıxarmışdır. Ayələr arasındakı əlaqə və insicamı da rəy üçün bir qərinə olaraq dəyərləndirmiş və bəzən məcazi təfsir də etmişdir: Bəqərə surəsinin 81-ci ayəsində keçən "qazandığı günahlar onu bürüyərsə ..." ifadəsini, "insanın etdiyi günahlar yığılır, qəlbini qaraldar və getdikcə qəlbinin hər tərəfini bürüyər" şəklində təfsir etmişdir. Eyni şəkildə Müddəssir surəsinin 4-cü ayəsindəki "paltarını təmizlə" cümləsini, "etdiyin əməlləri saleh şəxslərin əməlləri kimi et" formasında şərh etmişdir. Bəzi mənbələrdə Mücahidin xətalı təfsirlər və adətən sırf rəy ilə hərəkət etdiyi də irəli sürülmüşdür: Rad surəsinin 43-cü ayəsində keçən, "kitabı bilənlər" deyə bəhs olunan şəxsin Mədinədə ihtida edən Abdullah ibn Salam olduğunu söyləmiş, bunu eşidən Səid ibn Cübeyr surənin Məkkədə endiyini xatırladaraq Mücahidin yanıldığını qeyd etmişdir.[2]

Əsərləri

redaktə

Mücahidə nisbət edilərək nəşr olunan iki təfsir, Misir Milli Kitabxanasında (Darül-Kütübil-Misriyyə) saxlanılan 2075 nömrəli əlyazmaya əsaslanır. Bu nəşrlərdən birincisini Əbdürrəhman Sürəti həyata keçirmişdir. O, əlyazmanı təhqiq etmiş, əksik yerləri tamamlayaraq nəşr etmişdir.[6][7] İkinci nəşr M. Əbdüssəlam Əbün-Nilə məxsus olub, doktorluq dissertasiyası olaraq hazırlanmışdır. O, da ilk nəşrdə olduğu kimi araşdırmalar apararaq öz işini zənginləşdirmişdir.[8] Lakin İsmayıl Cərrahoğlu bu nəşrlərin sənədini "zəif" olaraq qiymətləndirmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Muǧāhid ibn Ǧabr // AlKindi.
  2. ↑ 1 2 3 4 "Mücahid b. Cebr". TDV Islam Ansiklopedisi. Archived from the original on 2025-02-08. İstifadə tarixi: 2025-05-29.
  3. ↑ 1 2 "مجاهد بن جبر". The Hadith Transmitter Encyclopedia. 29.05.2025 tarixində arxivləşdirilib.
  4. ↑ Əbu Nueym. Hilyə (ərəb). III. Qahirə. 1974–79. 228.
  5. ↑ Nöfəl, Əhməd İsmayıl. Mücahid: əl-Müfəssir vət-təfsir (ərəb). Qahirə. 1990. 53–56.
  6. ↑ Təfsiru Mücahid (ərəb). Doha. 1976.
  7. ↑ Təfsiru Mücahid (ərəb). I–II. Beyrut. 1976.
  8. ↑ Təfsirül-İmam Mücahid ibn Cəbr. Nəsr, Qahirə. 1989.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mücahid_ibn_Cəbr&oldid=8157813"
LOVE.AZ